Icma.az
close
up
RU
Heydər Əliyev hesab edirdi ki, hər bir azərbaycanlı milli kimliyini qürurla daşımalı, milli dəyərlərə sadiq qalmalıdır

Heydər Əliyev hesab edirdi ki, hər bir azərbaycanlı milli kimliyini qürurla daşımalı, milli dəyərlərə sadiq qalmalıdır

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

Bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, son 30 ildə 8-10 may tarixi günlərindən keçən xalqımız faciə, qəhrəmanlıq və qürur hissini bir arada yaşayıb:

“Şuşanın işğalı, ikinci dünya müharibəsində qalibiyyətimizə və ulu öndərin əzəməti bu tarilərdə birləşirdi. Vətən müharibəsi siyasi təqvimimizi də qara haşiyədən xilas etdi. İndi 8 may günündə ümumxalq tədbirləri 8 noyabr ruhu, şərəfi və qüruru ilə qeyd olunur. 90-cı illərdə SSRİ-nin süqutu ilə azadlığına qovuşan xalqların qarşısında fərqli idarəçilik formaları və quruluşları vardı. Lakin 70-ci illər Azərbaycanı faktiki müstəqil olduğu üçün onu “sovet mirası” sayıb dağıtdılar və millətimiz layiq olduğu haqqı çox gec qazandı. Çarizmin, kommunistlərin dövründə qurulanları yalnız ideoloji rənginə görə məhv etmək olmazdı. 1921, 1925, 1937 və 1978-ci illərin sovet konstitusiyalarının da mütərəqqi ideyaları, güclü hüquqi sistemi və milli dövlətçilik irsi vardı. Konstitusiya və qanunlar da varisliyi sevir. 15 dəfə konstitusiyanı dəyişən fransızlardan konstitusiyasız monarxiya quran ingilislərədək hər biri hələ də xalqın iradəsinə söykənən dövlət qurmağa çalışırlar. Lakin meydandan birbaşa hakimiyyətə gələn milli demokratların yeni konstitusiya qəbuluna siyasi və hüquqi iradələri çatmadı”.
Deputat diqqətə çatdırıb ki, silahlı döyüşdə məğlub olanlar qanun yaza bilməzdilər:
“1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Heydər Əliyev Moskvada yox, Azərbaycanda öz xalqının yanında olmaq istəyirdi. 1990-cı il 20 Yanvar qırğını göstərdi ki, Azərbaycan xalqı köməksiz vəziyyətdədir. Sovet imperiyasından xaos diktaturasına qədəm qoyan məmləkəti xilas edən Heydər Əliyevin “dəmir əli” uzun illər sonra Vətən müharibəsində dəmir iradəyə çevrildi. Torpaqlarını və sərvətlərini itirən millətimiz dərk etdi ki, keçici qırmızı bayraqları qazananda da, ucqar Naxçıvanı lampa işığında qoruyanda da, 2-ci dəfə hakimiyyət olimpinə qayıdanda da tək bir dövlət kitabı olub - Heydər Əliyev Konstitusiyası! Bəli, millətə xidmətin heç bir ideoloji-siyasi formasiyadan asılı olmayanda Qalib kimi Qanunu Sən yazırsan! Ulu öndərin Azərbaycanı nə din dövləti İranın, nə imperiya varisi Rusiyanın, nə də tez-tez çevrilişlərə səhnə olan Türkiyənin idarəçilik sisteminin yüzdə-yüz təkrarı deyildi. Əksinə, böyük Atatürkün Cümhuriyyət quruculuğunu müstəqil Azərbaycan dövləti üçün örnək seçən Əliyevin siyasi modelini sonda qardaş ölkə də qəbul etdi. Ulu öndər başqa dövlətlərin quruluşunu mexaniki olaraq, ölkəmizə köçürmədi. Nə mühfizakər Şərq arxaizmi, nə də tez-tez böhranlara yol açan Qərb sistemi, müstəqil iradəyə malik olmayan və Brüsseldən, Srtasburqdan idarə olunan dövlətlərlə eyni olmadıq. Biz sülh içində siyasi gələcəyini müəyyən edən İsveç, Norveçdən fərqli olaraq, Ali Qanunumuzu sütunlu salonlarda monteskyoların, cefersonların tablosu qarşısında deyil, döyüş meydanlarında qurbanlar verərək qəbul edirdik”.
Z.Oruc Əlavə edib ki, Heydər Əliyev Konstitusiyası bizə qələbə gətirdi və Zəfər Konstitusiyasına çevrildi:
“Əgər o vaxt, 1993-cü ildə Heydər Əliyev xalqın tələbilə Azərbaycana, hakimiyyətə qayıtmasaydı, ölkə parçalana bilərdi. Demək olar ki, bu, ölkə dünyada gedən bütün proseslərdən təcrid olunmuş vəziyyətdə idi. O çətin dövrdə, çətin vəziyyətdə onun nə silahı, nə ordusu, nə də dəstəsi var idi. Yalnız siyasi iradəsi, bir də xalqın inamı, dəstəyi var idi. O, bu dəstəyə arxalanaraq, on il ərzində Azərbaycanı böhrandan tərəqqiyə gətirdi. Bu gün Azərbaycan inamla irəliləyir, Azərbaycanın bütün sahələri inkişaf edir. Heydər Əliyev hesab edirdi ki, hər bir azərbaycanlı milli kimliyini qürurla daşımalı, milli dəyərlərə sadiq qalmalıdır. Ona hücum edənlər, idarəçiliyi tək adamın hakimiyyəti adlandıranların hamısı uduzdu. Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə öz tarixi nəticəsini verdi. İlham Əliyev 8 noyabrda Qarabağın xilaskarı olaraq, ən böyük konstitusion ədaləti təmin etdi. Bu gün xalq olaraq əldə etdiyimiz zəfər və uğurların təməlində Heydər Əliyev siyasəti dayanır. Onun müəllifi olduğu Azərbaycançılıq ideologiyası isə bizim milli kimliyimizdir. Millət olaraq qarşılaşdığımız ən böyük sınaq göstərdi ki, milli kimlik bütün dəyərlərdən, hətta dini kimlikdən öndə gəlir və bu ən uğurlu modeldir”.
Millət vəkili əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət daim ölkəmizə və xalqımıza işıqlı yol göstərir:
“Onun müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda mətin addımlarla irəliləyən, demokratik təsisatların təşəkkül tapdığı müasir ölkədir. Heydər Əliyevin formalaşdırdığı Azərbaycançılıq ideyası bu gün də ölkənin daxili və xarici siyasətində əsas istiqamətlərdən biri kimi davam etdirilir. Bu ideya həm dövlətin suverenliyinin qorunmasına, həm də milli və dini birliyin güclənməsinə xidmət edir. Heydər Əliyev azərbaycançılıq ideyasını müasir Azərbaycan dövlətinin ideoloji əsaslarından biri kimi formalaşdırıb və inkişaf etdirib. Onun baxışında Azərbaycançılıq təkcə milli kimliyin ifadəsi deyil, həm də dövlət quruculuğunun, cəmiyyətin birliyinin və ölkənin sabit inkişafının təməl prinsipi idi”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “azərbaycançılıq ideyasının təbliği” istiqamətində hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 May 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see389

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see191

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see175

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see169

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see168

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see145

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see140

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see137

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri