Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir”.
Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib. Deputat sözlərinə belə davam edib: “Ulu Öndər Heydər Əliyev yeganə milli liderid
Onun fəaliyyəti Azərbaycanın qüdrətli bir ölkəyə çevrilməsinə, xalqımızın da sosial rifahının yüksəlməsinə xidmət etmişdir.Hələ 1969-cu ildə
Çünki o zaman Azərbaycan 15 SSRİ respublikaları içərisində öz sosial-iqtisadi inkişaf səviyyəsinin göstəricilərinə görə aşağıdan ikinci yer
Yəni, 13 respublika bizdən qabaqda idi. Məhz Heydər Əliyev o zaman belə bir şüar irəli sürdü ki, “Qoy ədalət zəfər çalsın!”.
Bu həm sosial, həm hüquqi ədalət demək idi və hər kəsin əməyinin doğru qiymətləndirilməsi üçün irəli sürülən bir prinsip idi.Qısa müddət ərzində Ulu Öndərin təşkilatçılığı, siyasi bacarığı və intellekti, səfərbəredici fəaliyyəti nəticəsində Azərbaycan o dövrkü SSRI-NİN geridə qalmış aqrar xammal bazası olan bir ölkədən böyük sənayeyə, elmə, təhsilə, mədəniyyətə və aqrosənaye komplekslərinə malik bir respublikaya çevrildi.
Məhz Ulu Öndərin böyük səyləri nəticəsində qısa müddət ərzində Azərbaycanda çoxlu zavodlar tikildi, fabriklər açıldı, sənaye inkişaf etdi, eyni zamanda kənd təsərrüfatı xüsusilə üzümçülük və pambıqçılıq inkişaf etməklə kənd əhalisinin sosial rifahı yüksəldi.