Icma.az
close
up
RU
Heydər Əliyevin əsas prinsipi sosial ədalət və sosial rifah olması idi MÜNASİBƏT BİLDİRİLDİ

Heydər Əliyevin əsas prinsipi sosial ədalət və sosial rifah olması idi MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Deputat sözlərinə belə davam edib: “Ulu Öndər Heydər Əliyev yeganə milli lideridir ki, iki bir-birinə zidd dövrdə Azərbaycana rəhbərlik edib və hər ikisində Azərbaycan xalqına xoşbəxtlik gətirib. Onun fəaliyyəti Azərbaycanın qüdrətli bir ölkəyə çevrilməsinə, xalqımızın da sosial rifahının yüksəlməsinə xidmət etmişdir.Hələ 1969-cu ildə SSRİ dönəmində Azərbaycana rəhbər seçilən, Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev ilk gündən qarşısına belə bir məqsəd qoydu ki, daha bu cür yaşamaq və işləmək olmaz, hər şeyi dəyişmək lazımdır. Çünki o zaman Azərbaycan 15 SSRİ respublikaları içərisində öz sosial-iqtisadi inkişaf səviyyəsinin göstəricilərinə görə aşağıdan ikinci yer tuturdu. Yəni, 13 respublika bizdən qabaqda idi. Məhz Heydər Əliyev o zaman belə bir şüar irəli sürdü ki, “Qoy ədalət zəfər çalsın!”. Bu həm sosial, həm hüquqi ədalət demək idi və hər kəsin əməyinin doğru qiymətləndirilməsi üçün irəli sürülən bir prinsip idi.Qısa müddət ərzində Ulu Öndərin təşkilatçılığı, siyasi bacarığı və intellekti, səfərbəredici fəaliyyəti nəticəsində Azərbaycan o dövrkü SSRI-NİN geridə qalmış aqrar xammal bazası olan bir ölkədən böyük sənayeyə, elmə, təhsilə, mədəniyyətə və aqrosənaye komplekslərinə malik bir respublikaya çevrildi. Məhz Ulu Öndərin böyük səyləri nəticəsində qısa müddət ərzində Azərbaycanda çoxlu zavodlar tikildi, fabriklər açıldı, sənaye inkişaf etdi, eyni zamanda kənd təsərrüfatı xüsusilə üzümçülük və pambıqçılıq inkişaf etməklə kənd əhalisinin sosial rifahı yüksəldi. Məhz həmin dövrdə mindən çox orta məktəb tikildi, yeni universitetlər açıldı, Bakı şəhəri böyüdü, mikrorayonlar açıldı. Respublikada milyonlarla kvadrat metr insanlar üçün mənzillər tikildi verildi və insanların sosial rifahı yüksəldi.Heç də təsadüfi deyildir ki, SSRİ dağılan zaman SSRI-nin müsbət iqtisadi saldoya malik iki respublikası vardı: Rusiya bir də Azərbaycan. Qalan respublikaların demək olar ki hamısı SSRİ büdcəsindən dotasiya yaşayırdı.Müstəqillik dövrümüzdə Heydər Əliyevin təəssüf ki vaxtında qurduğu çiçəklənən respublikadan heç nə qalmamışdı. Ağır bir miras qalmışdı, ölkə dağılmışdı, iqtisadi əlaqələr pozulmuşdu, ölkə humanitar fəlakət səviyyəsində idi, hər yerdə qaçqınlıq, məcburi köçkünlük, dağıntılar, qarşıdurmalar, vətəndaş müharibəsi həddinə gəlib çıxmışdı. İqtisadi münasibətlər tam tənəzzül vəziyyətində idi. Həmin dövrdə inflyasiya həddən artıq, 250 faizə çatmışdı. İş yerləri yox idi, insanların müalicə alması üçün, təhsil alması üçün demək olar ki şərait yox idi, işıq yox, qaz yox, yollar dağılmış bərbad vəziyyətdə və belə bir şəraitdə həm də dövlət də tamamilə dağılmışdı, dövlət hakimiyyəti qurmaq lazım idi.Qısa müddət ərzində bütün qüvvələri Ümummilli lider 1993-cü ildən 1996-cı ilə qədər səfərbər edə bildi. 1996-cı ildə Azərbaycanda iqtisadi tənəzzül dayandı və iqtisadi sabitləşmə başladı. 1998-ci ildən isə Azərbaycanın iqtisadi inkişafının yeni dövrü məhz Heydər Əliyev dövrü, daha sonra isə İlham Əliyev dövrü başladı. Həmin dövrdə Azərbaycanda dərin islahatlar baş tutdu. Torpaq, əmlak və sosial islahatlar aparıldı. Sosial islahatlarda Heydər Əliyevin əsas prinsipi sosial ədalət və sosial rifah olması idi. Heydər Əliyev həmişə söylərdi ki, “Dövlət xalq üçündür, xalq dövlət üçün deyil”. Yəni dövlətin bütün iqtisadi resursları və maddi sərvətləri xalqın arasında ədalətli bölünməlidir. Həmin dövrdə qəbul olunan bir sıra qanunlar bizim bugünkü müstəqil Azərbaycanın sosial siyasətini müəyyən edən istiqamətlər oldu.Pensiyaların və əməkhaqlarının artırılması, əlillərin sosial müdafiəsinin gücləndirilməsi, qaçqın və məcburi köçkünlərin sosial rifahının qorunub saxlanılması istiqamətində ümummilli liderin olduqca böyük işləri vardı. Həmin siyasət cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir və indi Azərbaycan dünyanın sosial rifah dövlətlərindən biridir. Bizim hər il pensiya, əməkhaqqı və müavinətlərimiz artır. 2019-cü ildən bəri cənab Prezident tərəfindən 4 dərin sosial islahatlar zərfi qəbul olunub və hər il bu islahatlar zərfini həyata keçirmək üçün dövlət büdcəsindən əlavə 7 milyard vəsait ayrılır. Gələn ilin dövlət büdcəsində təxminən 17 milyard manat məhz sosial yönümlü xərclərə vəsait ayrılması nəzərdə tutulub. Bu ümumi büdcəmizin 41 faizinu təşkil edir. Bütün bunlar hamısı Azərbaycan xalqı üçündür. Bu xidmətlərinə görə Azərbaycan xalqı Heydər Əliyevi sevir, onun xatirəsini əziz tutur. Heydər Əliyev özü də dediyi kimi, “Nə qədər Azərbaycan xalqı var, Azərbaycan var, Heydər Əliyev də var olacaqdır”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri