Heydər Əliyevin mədəniyyət manifestinə bir baxış Əkbər Qoşalı yazır | Icma.az
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Zaman və məkanın dialoquBu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür. Ümummilli liderin haqqın rəhmətinə qovuşmasından 21 il ötür.
Bu anlamlı gündə Heydər Əliyevin mədəniyyət manifestindən söz açmaq istərdim.
Heydər Əliyev irsi sadəcə siyasətin, iqtisadiyyatın inkişafı ilə məhdudlaşmır; bu irsin mərkəzində Azərbaycan mədəniyyətinin varlığı və onun digər mədəniyyətlərlə qarşılıqlı faydalı dialoqu dayanır.
Əgər Azərbaycan mədəniyyətinin landşaftını, relyefini, suxurlarını, iqlimini və bütün elementləri daxil olmaqla institutlarını...
əks etdirən atlası, xəritəni təsəvvürümüzdə canlandırsaq, Ümummilli lider o atlasın, xəritənin ən incə detallarını çəkən, zəngin rənglərini qoruyub inkişaf etdirən şəxsiyyətdir.Heydər Əliyev və milli mədəniyyətin dirçəlişi – köklərə dönüşSovet dövründə milli kimliyin zədələndiyi, ənənəvi dəyərlərin unudulmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda Heydər Əliyev Azərbaycanın mədəni irsini dirçəltməyi bütün mümkün üsul və vasitələrlə prioritet etdi.
Onun təşəbbüsü ilə milli ədəbiyyat, musiqi, teatr və incəsənət yenidən özünə qayıtdı, öz əsl rolu, mandat-missiyası və necə deyərlər, yeri-göyü ilə çıxış etdi.
O, dahi sənətkarlar Üzeyir bəy Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun irsinə xüsusi diqqət yetirdi.
Tam oxu
Xəbəri oxu