Icma.az
close
up
RU
Heydər Əliyevin mədəniyyət manifestinə bir baxış Əkbər Qoşalı yazır

Heydər Əliyevin mədəniyyət manifestinə bir baxış Əkbər Qoşalı yazır

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zaman və məkanın dialoqu

Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür. Ümummilli liderin haqqın rəhmətinə qovuşmasından 21 il ötür. Bu anlamlı gündə Heydər Əliyevin mədəniyyət manifestindən söz açmaq istərdim. 

Heydər Əliyev irsi sadəcə siyasətin, iqtisadiyyatın inkişafı ilə məhdudlaşmır; bu irsin mərkəzində Azərbaycan mədəniyyətinin varlığı və onun digər mədəniyyətlərlə qarşılıqlı faydalı dialoqu dayanır. Əgər Azərbaycan mədəniyyətinin landşaftını, relyefini, suxurlarını, iqlimini və bütün elementləri daxil olmaqla institutlarını... əks etdirən atlası, xəritəni təsəvvürümüzdə canlandırsaq, Ümummilli lider o atlasın, xəritənin ən incə detallarını çəkən, zəngin rənglərini qoruyub inkişaf etdirən şəxsiyyətdir.

Heydər Əliyev və milli mədəniyyətin dirçəlişi – köklərə dönüş

Sovet dövründə milli kimliyin zədələndiyi, ənənəvi dəyərlərin unudulmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda Heydər Əliyev Azərbaycanın mədəni irsini dirçəltməyi bütün mümkün üsul və vasitələrlə prioritet etdi. Onun təşəbbüsü ilə milli ədəbiyyat, musiqi, teatr və incəsənət yenidən özünə qayıtdı, öz əsl rolu, mandat-missiyası və necə deyərlər, yeri-göyü ilə çıxış etdi. O, dahi sənətkarlar Üzeyir bəy Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun irsinə xüsusi diqqət yetirdi. Azərbaycan muğamının dünya səhnəsinə çıxarılması, xalq rəqslərinin və sənətkarlığın yaşadılması məhz onun iradəsi ilə gerçəkliyə çevrilmiş oldu.

Ümummilli liderin xalqın mədəni irsinə, ümumən mədəniyyətə, tarixə, bu gün və gələcəyə baxışı onun ən çox sevdiklərinə dair (bir bölümünü burada xatırlatdığımız) suallara cavablarından da aydın görünür:

şeir - Səməd Vurğunun “Azərbaycan”ı,

şair - Şəhriyar,

mahnı - xalq mahnıları və Tofiq Quliyevin mahnıları,

bəstəkar - Üzeyir bəy Hacıbəyli,

pyes – Mirzə Cəlilin “Ölülər”i,

dramaturq – Hüseyn Cavid,

sənət əsəri - Səttar Bəhlulzadənin “Muğan gözəlləri”,

sənət növü – miniatür,

sənətkar - Ömər Eldarov,

insani xüsusiyyət - mərdlik,

mövsüm – yaz,

bayram - Novruz bayramı...

Mədəniyyətin sərhədləri aşması – universallıq və lokalizm

Heydər Əliyevin fəlsəfəsində Azərbaycan mədəniyyəti yalnız milli sərhədlər daxilinə qapanmış bir fenomen deyildir. O, haqlı olaraq, Azərbaycanı Gündoğarla Günbatarın, Güneylə Quzeyin qovuşduğu, mədəniyyətlərin dialoqunun baş verdiyi bir məkan kimi görürdü. Bu yanaşma, Azərbaycanın təkcə regional deyil, qlobal mədəniyyətlər arasında körpü olmasına imkan yaratdı. Onun dövründə keçirilən beynəlxalq festival, simpozium, mədəniyyət günləri və xaricdə Azərbaycan irsinin təbliği məhz bu strategiyanın parlaq təcəallasıdır.

Heydər Əliyev və mədəniyyətin gələcəyi: Duyğuların dili

Heydər Əliyevin mədəniyyətə yanaşması yalnız intellektual deyil, həm də dərin duyğu ilə dolu idi. Onun hər çıxışında, hər jestində Azərbaycan xalqına, onun sənətinə və irsinə duyduğu sevgini hiss etmək mümkün idi. O, inanırdı ki, mədəniyyət yalnız bir xalqın keçmişini deyil, həm də onun gələcəyini danışır. Bugünkü Qarabağ zəfəri ilə işğaldan azad edilmiş torpaqlarda bərpa olunan mədəniyyət abidələri onun bu ideyasını bir daha təsdiqləyir.

Zəfər və estetik məkan: Qarabağın yenidən canlanması

Heydər Əliyevin milli mədəniyyət fəlsəfəsi Qarabağın, Gündoğar Zəngəzurun işğaldan qurtuluşu ilə yeni bir dönəmə qədəm qoydu. Qarabağ, Zəngəzur Azərbaycan musiqisinin, poeziyasının (ədəbiyyatının) və incəsənətinin (sənətinin) beşiyi sayılan ünvanlardan olub. Özünəməxsus energetikası olan torpaqlarımızın yenidən dirçəlişi, necə deyərlər, yalnız binaların və infrastrukturun deyil, həm də mədəni yaddaşın bərpası deməkdir. Bu prosesin hər bir addımında Heydər Əliyevin qoyduğu irsin estetik baxışı və emosional dərinliyi hiss olunur.

Mədəniyyət və gələcək: Heydər Əliyevi anlamağın yeni yolu

Heydər Əliyevi anlamaq – onun mədəniyyətə verdiyi mənanı dərindən duymaqdır. O, mədəniyyəti, belə demək olarsa, yalnız bir bəzək, naxış, süs kimi deyil, milli kimliyin əsas sütunu kimi görürdü. Qalib Azərbaycan dövləti və xalqı bu fəlsəfəni yaşadır: musiqimizdən tutmuş ədəbiyyat və rəssamlığa qədər hər sahədə mədəniyyətimiz dünya səviyyəsində tanınmağa davam edir və daha böyük uğurlara qanadlanır. Heydər Əliyev Fondu adını daşıdığı böyük şəxsiyyətin ruhunu şad edən çoxsaylı beynəlxalq layihərlərlə çıxış edir, gənc istedadları üzə çıxardır, onlara diqqət-qayğı göstərir, ölkəmizin mədəniyyət təsərrüfatının canlılığı, inkişafı, o cümlədən beynəlxalq təcrübə alış-verişi üçün önəmli işlər görür.  

Duyğuların təntənəsi

Ümummilli liderin mədəniyyətə yanaşması onun xalqına olan sevgisinin poetik ifadəsidir. Bu sevgi yalnız keçmişə sayğı deyil, həm də gələcəyə bir çağırış dəyərindədir. Heydər Əliyevi anlamaq üçün onun qoyduğu mədəni irsi yaşatmaq və yeni əsərlərdə, melodiyalarda bu duyğunu hiss etmək xoşdur.

Dövlətimiz zaval görməsin.

Bakıvaxtı.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Dekabr 2024 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri