“Həyətimizə qəlpələr düşdü, millət qışqırırdı, oturub evdə ağlayırdıq” Mətanət İsgəndərli …
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. “20 yanvar hadisələrini dünənki kimi xatırlayıram.
Mən o vaxt Biləcəridə yaşayırdım. O səslər indiyə qədər qulağımdadır. Qızım Ülkərin 1 yaşı yeni olmuşdu. Ay, Allah, o səslər..O nalələr..
Deyirdilər ki, Bakı dağılır, qan su yerinə axır.. Camaat bunları danışırdı, qışqırırdı.. Bütün millət çöldə idi.
Qohum-əqrabalardan meydana mitinqlərə gedənlər də var idi.. Danışırdılar ki, tanklar bu gecə şəhər girəcək.
Biləcəriyə elə səslər gəlirdi ki.. Oturub evdə ağlayırdıq. İnanmağım gəlmirdi. Səhərə kimi yatmadıq. Səhər açıldı, ürəyim yerinə gəldi.
Gördüm ki, həyətimizə qəlpələr düşüb. Qəlpələri əlimə götürüb evdəkilərə göstərdim. Bu müsibətli gün mənim belə yadımda qalıb.
Heç vaxt yadımdan çıxmaz (kövrəlir). Allah bütün şəhidlərimizə rəhmət etsin...
Allah millətimizi qorusun” Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib.
Tam oxu
Xəbəri oxu