“Həyətimizə qəlpələr düşdü, millət qışqırırdı, oturub evdə ağlayırdıq” Mətanət İsgəndərli dəhşətli gecəni xatırlayıb AĞLADI FOTO+ÖZƏL
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“20 yanvar hadisələrini dünənki kimi xatırlayıram. Mən o vaxt Biləcəridə yaşayırdım. O səslər indiyə qədər qulağımdadır. Qızım Ülkərin 1 yaşı yeni olmuşdu. Ay, Allah, o səslər..O nalələr.. Deyirdilər ki, Bakı dağılır, qan su yerinə axır.. Camaat bunları danışırdı, qışqırırdı.. Bütün millət çöldə idi. Qohum-əqrabalardan meydana mitinqlərə gedənlər də var idi.. Danışırdılar ki, tanklar bu gecə şəhər girəcək. Biləcəriyə elə səslər gəlirdi ki.. Oturub evdə ağlayırdıq. İnanmağım gəlmirdi. Səhərə kimi yatmadıq. Səhər açıldı, ürəyim yerinə gəldi. Gördüm ki, həyətimizə qəlpələr düşüb. Qəlpələri əlimə götürüb evdəkilərə göstərdim. Bu müsibətli gün mənim belə yadımda qalıb. Heç vaxt yadımdan çıxmaz (kövrəlir). Allah bütün şəhidlərimizə rəhmət etsin... Allah millətimizi qorusun”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib. O daha sonra əlavə edib:

“Salyan kazarmasının yanında mənim qohumlarım yaşayırdı. Deyirdilər ki, “biz gördük ki, onlar kazarmadan tanklarla necə camaatın üstünə çıxdılar”. Biz neçə illər qoynumuzda ilan bəsləmişik. Qoynumuzdan çıxıb camaatı qırdılar. Ürəyim qan ağlayır.. Bizim cavan-cavan balalarımız getdilər... Hər biri mənim qəlbimi göynədir. Bir ana, bu millətin bir vətəndaşı kimi.. Allah xalqımıza daha o müsibətli günləri göstərməsin. Biz bundan sonra şəhidlər verməyək. Torpaq bu qədər su içdi göz yaşından.. Çox narahat bir dünyada yaşayırıq. Allah bütün yaratdıqlarına kömək olsun. Bizim millətimiz də onun içində” deyə sənətkar bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 20 Yanvar 2026 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















