Heykəltəraş rəssam: Bu sənət təkcə əllərin yox, həm də ruhun işidir AZƏRTAC | Icma.az
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lənkəran, 21 yanvar, İlkin Adıyev, AZƏRTAC Heykəltəraşlıq təsviri incəsənətin ən qədim növlərindən biridir.
Daş, ağac, metal, gil və digər materiallardan istifadə edərək yaradılan heykəllər, yalnız bir estetik əsər deyil, həm də öz dövrünün ruhunu və mədəniyyətini əks etdirən bir mesajdır.
Hər bir heykəl, əslində, sənətkarın daxili dünyasının, onun hisslərinin və həyat görüşlərinin fiziki bir təsviridir.Bu sözlər Lənkəranda yaşayıb-yaradan heykəltəraş-rəssam Məmmədyar Cəfərova məxsusdur.
O, 80 illik ömrünü heykəltəraşlığa və rəssamlığa həsr etmiş, əsərləri vasitəsilə öz duyğularını, düşüncələrini və həyat fəlsəfəsini cəmiyyətlə bölüşmüşdür.AZƏRTAC-ın bölgə müxbiri Məmmədyar Cəfərovla görüşüb, onun yaradıcılığı ilə maraqlanıb.Məmmədyar Cəfərov heykəltəraşlıq və rəssamlıq sahəsindəki fəaliyyəti ilə nəinki Lənkəranda, hətta ölkə miqyasında tanınmış və sevilmiş sənətkardır.
O, əsərlərində milli dəyərləri, insanın daxili dünyasını və həyatın mürəkkəbliyini ustalıqla əks etdirir.
Onun hər bir əsəri sənətə olan dərin bağlılığını və zəhmətkeşliyini açıq şəkildə nümayiş etdirir.
Qocaman sənətkar həyat yolu, yaradıcı enerjisi və sənətə olan sevgisi haqqında danışdıqca, onun nə qədər dərin bir insan olduğunu daha yaxşı anlamaq mümkündür."Mən uşaqlıqda o qədər sadə materiallarla işləyirdim ki, bəlkə də o dövrdə heç kim buna fikir vermirdi.
Tam oxu
Xəbəri oxu