Icma.az
close
up
RU
Heykəltəraş rəssam: Bu sənət təkcə əllərin yox, həm də ruhun işidir AZƏRTAC

Heykəltəraş rəssam: Bu sənət təkcə əllərin yox, həm də ruhun işidir AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lənkəran, 21 yanvar, İlkin Adıyev, AZƏRTAC

Heykəltəraşlıq təsviri incəsənətin ən qədim növlərindən biridir. Daş, ağac, metal, gil və digər materiallardan istifadə edərək yaradılan heykəllər, yalnız bir estetik əsər deyil, həm də öz dövrünün ruhunu və mədəniyyətini əks etdirən bir mesajdır. Hər bir heykəl, əslində, sənətkarın daxili dünyasının, onun hisslərinin və həyat görüşlərinin fiziki bir təsviridir.

Bu sözlər Lənkəranda yaşayıb-yaradan heykəltəraş-rəssam Məmmədyar Cəfərova məxsusdur. O, 80 illik ömrünü heykəltəraşlığa və rəssamlığa həsr etmiş, əsərləri vasitəsilə öz duyğularını, düşüncələrini və həyat fəlsəfəsini cəmiyyətlə bölüşmüşdür.

AZƏRTAC-ın bölgə müxbiri Məmmədyar Cəfərovla görüşüb, onun yaradıcılığı ilə maraqlanıb.

Məmmədyar Cəfərov heykəltəraşlıq və rəssamlıq sahəsindəki fəaliyyəti ilə nəinki Lənkəranda, hətta ölkə miqyasında tanınmış və sevilmiş sənətkardır. O, əsərlərində milli dəyərləri, insanın daxili dünyasını və həyatın mürəkkəbliyini ustalıqla əks etdirir. Onun hər bir əsəri sənətə olan dərin bağlılığını və zəhmətkeşliyini açıq şəkildə nümayiş etdirir.

Qocaman sənətkar həyat yolu, yaradıcı enerjisi və sənətə olan sevgisi haqqında danışdıqca, onun nə qədər dərin bir insan olduğunu daha yaxşı anlamaq mümkündür.

"Mən uşaqlıqda o qədər sadə materiallarla işləyirdim ki, bəlkə də o dövrdə heç kim buna fikir vermirdi. Palçıqdan, ağacdan kiçik fiqurlar düzəldirdim. Hər dəfə nə isə yaradanda insanlar maraqla baxırdılar. O baxışlar mənə çox şey öyrətdi – insanlar sənəti sevir və sənətkarı yaşadırlar. Bu sənətə 7 yaşımdan başlamışam. Təbiət mənim müəllimim oldu. Uşaq vaxtı torpaqdan, palçıqdan kiçik fiqurlar düzəldirdim. İnsanların diqqətini çəkəndə başa düşdüm ki, nə isə xüsusi bir şey edirəm. Amma bu sənətə başlayanda çətinliklərin olduğunu bilmirdim. İndi düşünürəm ki, hər dəfə bir əsər yaratmaq üçün gərək səbirli olasan. Bu sənət təkcə əllərin yox, həm də ruhun işidir. İnsan əlləri ilə daşları yonub, şəkil verə bilər, amma ruhunu işə qatmasa, gördüyü iş cansız olar. Heykəl canlı kimi hiss edilməlidir. Rəsmin hər bir xətti öz hekayəsini danışmalıdır. Bu isə çox böyük zəhmət və səbir tələb edir”, - deyə Məmmədyar Cəfərov bildirir.

Məmmədyar Cəfərovun uşaqlıqdakı marağı illər keçdikcə böyük bir sənət sevgisinə çevrilib. O, yalnız heykəllərlə kifayətlənməyib, eyni zamanda, rəsmlər də çəkməyə başlayıb. Əsərlərində insanın daxili dünyasını, təbiətin müxtəlif üzlərini və həyatın mürəkkəbliyini əks etdirməyə çalışır. Onun əsərləri arasında yerli insanların gündəlik həyatından tutmuş, tarixi hadisələri əks etdirən mövzulara qədər geniş bir mövzu müxtəlifliyi var.

Deyir ki, bu sənət çox ağırdır. İnsan yalnız fiziki güclə yox, həm də ruhunun gücü ilə işləməlidir: “Bəzən günlərlə düşünürəm. İlham olmayanda, heç nə yaratmaq mümkün deyil. Amma bir ideya gələndə, o ideyanı həyata keçirmək üçün saatlarca işləyirəm və yorulmaq bilmirəm".

Qocaman sənətkar əsərlərində daha çox təbiətin gözəlliklərini və insanların duyğularını təsvir etməyə çalışır. Onun heykəlləri və rəsmləri həm milli dəyərləri əks etdirir, həm də universal mövzularla diqqət çəkir. Əsərlərində ailə, zəhmətkeşlik və təbiət sevgisi kimi mövzular üstünlük təşkil edir.

"Hər bir əsərim mənim övladım kimidir. Onları yaratmaq üçün saatlarımı, bəzən günlərimi sərf edirəm. Amma ən gözəli odur ki, hər dəfə nəsə yaradıram, sanki öz ruhumu bir az da zənginləşdirirəm. İnsan sənətlə nəfəs alırsa, onun həyatı həmişə mənalı olur. İnsanlar köçüb gedir, amma onların əsərləri qalır. Mənim ən böyük istəyim odur ki, əsərlərim məndən sonra da insanlara nəsə öyrətsin, onları düşündürsün".

80 yaşı olmasına baxmayaraq, Məmmədyar Cəfərov hər gün emalatxanasında işləyir. O, fırçasını və oyma alətlərini heç vaxt kənara qoymur. Yaratdığı əsərlərdən bəziləri evini bəzəyir, bəziləri isə Lənkəran və ətraf bölgələrdəki sərgilərdə və müxtəlif istirahət zonalarında nümayiş olunur. Məmmədyar kişi sənətkarlığı ilə gənclər üçün ilham mənbəyidir və bir çox gənc onun yanına gələrək sənətin sirlərini öyrənmək istəyir.

"Əgər bu sənətə könül vermək istəyirsənsə, əvvəlcə özünü sev, sonra isə səbrli olmağı öyrən. Hər bir əsər sənin ruhundan bir parçadır və onu tamamlamaq üçün hər şeyini qoymalısan. Sənətə gələn gənclər bilməlidirlər ki, bu, asan yol deyil. Çətinliklər çox olacaq. Bəzən yorulacaqsınız, bəzən ruhdan düşəcəksiniz. Amma unutmayın, hər bir əsər sizin ruhunuzun güzgüsüdür. Özünüzü sənətə tam verəndə, onunla yaşamağı öyrənəndə həqiqi sənətkar olursunuz".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri