Heyvan bazarlarının bağlanması kifayət deyil Ekspertdən xəbərdarlıq | Icma.az
News24 saytına istinadən Icma.az xəbər verir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumata görə, ölkə ərazisində fəaliyyət g
Bildirilib ki, tədbirlər agentliyin regional bölmələri tərəfindən yerli icra hakimiyyətləri və polis orqanları ilə birgə icra olunacaq.
Qeyd olunub ki, mövsümi amillər səbəbindən müxtəlif yoluxucu xəstəliklərin yayılma riski hazırda region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır.Bəs hazırda ölkə üçün ən çox təhlükə yaradan heyvan xəstəlikləri hansılardır və bu tədbirlər onların qarşısını almaqda nə dərəcədə effektiv olacaq?Məsələ ilə bağlı News24.az-a danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirib ki, heyvan bazarlarında tətbiq ediləcək müvəqqəti məhdudiyyətlərin əsas səbəbi hazırda bəzi bölgələrdə müşahidə olunan dabaq xəstəliyinin geniş yayılması ilə əlaqədardır:"Dabaq xəstəliyi əsasən mövsümi xarakter daşıyır və virus mənşəli olduğu üçün onun qarşısını tam şəkildə almaq çox çətindir.
Lakin vaxtında və sistemli peyvəndləmə tədbirləri, həmçinin fermalarda dezinfeksiya işlərinin düzgün aparılması xəstəliyin yayılmasının qarşısını xeyli dərəcədə ala bilər.
Bu virus mövsümi olaraq yayılır və onun qarşısını almaq, əslində, mümkünsüz deyil.
Sadəcə, peyvəndləmə planlı şəkildə aparılmalı, təsərrüfatlarda sanitar-gigiyenik qaydalara riayət edilməlidir.
Fermer təsərrüfatlarında dezinfeksiya və monitorinq işləri lazımi səviyyədə aparılmalıdır".Cəfər İbrahimli qeyd edib ki, əsas diqqət kəsim və satış mərhələlərində nəzarətin gücləndirilməsinə yönəldilməlidir:“Əgər məqsəd xəstəliyin yayılmasının qarşısını almaqdırsa, təkcə heyvan bazarlarını bağlamaqla bu mümkün deyil.
Kəsilən ətlər mütləq şəkildə ciddi laborator yoxlamadan keçirilməlidir.
Tam oxu
Xəbəri oxu