Icma.az
close
up
RU
Heyvan bazarlarının bağlanması kifayət deyil Ekspertdən xəbərdarlıq

Heyvan bazarlarının bağlanması kifayət deyil Ekspertdən xəbərdarlıq

News24 saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında bu il oktyabrın 25-dən etibarən sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək. 

Bildirilib ki, tədbirlər agentliyin regional bölmələri tərəfindən yerli icra hakimiyyətləri və polis orqanları ilə birgə icra olunacaq. Qeyd olunub ki, mövsümi amillər səbəbindən müxtəlif yoluxucu xəstəliklərin yayılma riski hazırda region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır.

Bəs hazırda ölkə üçün ən çox təhlükə yaradan heyvan xəstəlikləri hansılardır və bu tədbirlər onların qarşısını almaqda nə dərəcədə effektiv olacaq?

Məsələ ilə bağlı News24.az-a danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirib ki, heyvan bazarlarında tətbiq ediləcək müvəqqəti məhdudiyyətlərin əsas səbəbi hazırda bəzi bölgələrdə müşahidə olunan dabaq xəstəliyinin geniş yayılması ilə əlaqədardır:

"Dabaq xəstəliyi əsasən mövsümi xarakter daşıyır və virus mənşəli olduğu üçün onun qarşısını tam şəkildə almaq çox çətindir. Lakin vaxtında və sistemli peyvəndləmə tədbirləri, həmçinin fermalarda dezinfeksiya işlərinin düzgün aparılması xəstəliyin yayılmasının qarşısını xeyli dərəcədə ala bilər. Bu virus mövsümi olaraq yayılır və onun qarşısını almaq, əslində, mümkünsüz deyil. Sadəcə, peyvəndləmə planlı şəkildə aparılmalı, təsərrüfatlarda sanitar-gigiyenik qaydalara riayət edilməlidir. Fermer təsərrüfatlarında dezinfeksiya və monitorinq işləri lazımi səviyyədə aparılmalıdır".

Cəfər İbrahimli qeyd edib ki, əsas diqqət kəsim və satış mərhələlərində nəzarətin gücləndirilməsinə yönəldilməlidir:

“Əgər məqsəd xəstəliyin yayılmasının qarşısını almaqdırsa, təkcə heyvan bazarlarını bağlamaqla bu mümkün deyil. Kəsilən ətlər mütləq şəkildə ciddi laborator yoxlamadan keçirilməlidir. Əgər heyvanda xəstəliyin ilkin simptomları aşkar olunursa, həmin məhsulun satışına icazə verilməməlidir. Həmçinin rayonlardan Bakıya gətirilən heyvanlar yolda və kəsimdən əvvəl yoxlanılmalıdır".

Ekspert həmçinin bildirib ki, ölkədə daxili ət tələbatının ödənilməsi ilə bağlı ciddi çətinliklər mövcuddur: 

“Son dövrlər xaricdən gətirilən ət məhsullarının həcmi artıb, bu isə həm iqtisadi, həm də sanitar baxımdan təhlükə yaradır. Ət idxalının artması yerli istehsalın zəifləməsi deməkdir. Xaricdən gətirilən məhsulların keyfiyyətinə nəzarət bəzən kifayət qədər güclü olmur. Əgər biz heyvan xəstəliklərinin qarşısını almaqda və daxili istehsalı qorumaqda ardıcıl tədbirlər görməsək, gələcəkdə ət bazarında daha ciddi problemlər yaşana bilər”.

Aqil Qarayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri