“Həzi Aslanov”dakı təmir başa çatdı Qatarlar birbaşa gedəcək

27.10.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


27 oktyabr 2026-cı il tarixindən “Həzi Aslanov—İçərişəhər” sahəsində birbaşa hərəkət bərpa olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, dalan yolları istismara verilməzdən əvvəl texniki tələblərə uyğun olaraq təsərrüfat qatarı ilə əndazə ölçüləri yoxlanılıb, yüksək gərginlik altında sınaq yürüşləri keçirilib:
“Yoxlamalar zamanı qatarların hərəkət təhlükəsizliyi, elektrik təchizatının etibarlılığı, eləcə də mühəndis-texniki və kommunikasiya sistemlərinin mərkəzləşdirilmiş idarəetmə davamlılığı təsdiqini tapıb və bütün standartlara cavab verən obyekt istismara qəbul olunub.
Bununla da “Həzi Aslanov–Əhmədli” mənzilində məkik hərəkət ləğv edilərək “Həzi Aslanov–İçərişəhər” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada bərpa olunub. Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyədir”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью