“Həzi Aslanov”dakı təmir başa çatdı Qatarlar birbaşa gedəcək
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
27 oktyabr 2026-cı il tarixindən “Həzi Aslanov—İçərişəhər” sahəsində birbaşa hərəkət bərpa olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, dalan yolları istismara verilməzdən əvvəl texniki tələblərə uyğun olaraq təsərrüfat qatarı ilə əndazə ölçüləri yoxlanılıb, yüksək gərginlik altında sınaq yürüşləri keçirilib:
“Yoxlamalar zamanı qatarların hərəkət təhlükəsizliyi, elektrik təchizatının etibarlılığı, eləcə də mühəndis-texniki və kommunikasiya sistemlərinin mərkəzləşdirilmiş idarəetmə davamlılığı təsdiqini tapıb və bütün standartlara cavab verən obyekt istismara qəbul olunub.
Bununla da “Həzi Aslanov–Əhmədli” mənzilində məkik hərəkət ləğv edilərək “Həzi Aslanov–İçərişəhər” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada bərpa olunub. Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyədir”.
Bu mövzuda digər xəbərlər:“Həzi Aslanov”dakı təmir yekunlaşdı
22 Oktyabr 2026 14:52
Yaxın günlərdə “İçərişəhər”dən “Həzi Aslanov”a qatarlar birbaşa gedəcək
23 Oktyabr 2026 11:19
Metroda DƏYİŞİKLİK: Qatarlar “Həzi Aslanov”a qədər gedəcək
26 Noyabr 2024 15:23
“Həzi Aslanov”dakı təmir 2 aya yekunlaşacaq
17 Sentyabr 2026 10:50
Baxış sayı:130
Bu xəbər 27 Oktyabr 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















