Hicaba görə uşağı təhsildən yayındıranlara XƏBƏRDARLIQ!

16.10.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məktəblərdə vahid geyim qaydalarının tətbiqindən sonra bəzi valideynlər hicablı uşağını məktəbə göndərməyəcəyini bildiriblər. Valideynlərin bu cür qərarı isə uşaqların tədrisdən yayınması ilə bağlı suallar yaradıb. 

Bəs bu halda şagirdlərin təhsildən yayınmasının qarşısı necə alınacaq? 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Bakıvaxtı.az-a danışıb.

O, bildirib ki, bu istiqamətdə ciddi tədbirlər görüləcək.

Təhsil eksperti Elçin Əfəndi

Ekpsertin sözlərinə görə, hər bir uşağın müvafiq qaydada təhsil alması ölkəmizdə ən vacib və əsas prioritetlərdən biri olaraq qalır:

"Uşaqlar məhz bu istiqamətə yönləndirilməli, onların təhsil alması üçün heç bir süni maneə və ya əngəl olmamalıdır.  Valideynlər məsələnin ciddiliyini dərk etməli, ən vacib amilin təhsil olduğunu anlamalıdırlar. Əgər uşağın təhsildən yayındırılması halları və ya faktı qeydə alınarsa, qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən müvafiq hüquqi normativ aktlar əsasında qəti tədbirlər görüləcək". 

E. Əfəndi onu da vurğulayıb ki, övladının təhsil hüququna mane olan və onu təhsildən yayındıran şəxslər barəsində qanuni çərçivədə bütün lazımi tədbirlər həyata keçiriləcək.   

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью