Hicaba görə uşağı təhsildən yayındıranlara XƏBƏRDARLIQ!
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məktəblərdə vahid geyim qaydalarının tətbiqindən sonra bəzi valideynlər hicablı uşağını məktəbə göndərməyəcəyini bildiriblər. Valideynlərin bu cür qərarı isə uşaqların tədrisdən yayınması ilə bağlı suallar yaradıb.
Bəs bu halda şagirdlərin təhsildən yayınmasının qarşısı necə alınacaq?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Bakıvaxtı.az-a danışıb.
O, bildirib ki, bu istiqamətdə ciddi tədbirlər görüləcək.

Təhsil eksperti Elçin Əfəndi
Ekpsertin sözlərinə görə, hər bir uşağın müvafiq qaydada təhsil alması ölkəmizdə ən vacib və əsas prioritetlərdən biri olaraq qalır:
"Uşaqlar məhz bu istiqamətə yönləndirilməli, onların təhsil alması üçün heç bir süni maneə və ya əngəl olmamalıdır. Valideynlər məsələnin ciddiliyini dərk etməli, ən vacib amilin təhsil olduğunu anlamalıdırlar. Əgər uşağın təhsildən yayındırılması halları və ya faktı qeydə alınarsa, qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən müvafiq hüquqi normativ aktlar əsasında qəti tədbirlər görüləcək".
E. Əfəndi onu da vurğulayıb ki, övladının təhsil hüququna mane olan və onu təhsildən yayındıran şəxslər barəsində qanuni çərçivədə bütün lazımi tədbirlər həyata keçiriləcək.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 16 Oktyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















