Icma.az bildirir, Footbal-plus portalına istinadən. Avropa Liqasında “Lion”la oyun “Qarabağ” üçün uğursuzluqla nəticələndi.
Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi 90 dəqiqə ərzində rəqibdən çox da geri qalmasa da, həlledici məqamlarda daha soyuqqanlı və daha peşəkar davranan Fransa təmsilçisi Bakıdan 3 xalla ayrılmağı bacardı.
Bu məğlubiyyət həm də “Qarabağ”ın avrokuboklardakı perspektivinə kölgə salmış oldu. Ümidlər tükənməsə də, xeyli azaldı.
Bir sözlə, səviyyə fərqinin nə olduğunu yenidən görmüş olduq.“Qarabağ”ın Azərbaycan çempionatındakı rəqibləri də bu yenilgidən sonra xeyli ümidlənmişdilər.
Xüsusən də “Neftçi”. Çünki “Qarabağ”ın “Lion”dan sonrakı rəqibi məhz “Neftçi” idi, 15-ci turda məhz bu iki komanda üz-üzə gələcəkdi.
Özü də “Neftçi”nin meydanında. Əlsində hələ birinci dövrədə “Neftçi” “Qarabağ”ı öz meydanında qəbul etməliydi.
Amma təmirdən yeni çıxan “Neftçi Arena”nın siftəsini korlamamaq üçün yüngül bir biclik işlədildi, oyunun yeri dəyişildi.
Artıq bu dəfə “qaçmağa” yer qalmamışdı. “Neftçi” əzəli rəqibi doğma meydanda qəbul etməliydi.