Icma.az
close
up
RU
Hidayət Heydərov doğru zaman seçməmişdi Ara yerdə “Qarabağ” azarkeşlərinin gözündə rəqibə çevrildi

Hidayət Heydərov doğru zaman seçməmişdi Ara yerdə “Qarabağ” azarkeşlərinin gözündə rəqibə çevrildi

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Avropa Liqasında “Lion”la oyun “Qarabağ” üçün uğursuzluqla nəticələndi. Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi 90 dəqiqə ərzində rəqibdən çox da geri qalmasa da, həlledici məqamlarda daha soyuqqanlı və daha peşəkar davranan Fransa təmsilçisi Bakıdan 3 xalla ayrılmağı bacardı. Bu məğlubiyyət həm də “Qarabağ”ın avrokuboklardakı perspektivinə kölgə salmış oldu. Ümidlər tükənməsə də, xeyli azaldı. Bir sözlə, səviyyə fərqinin nə olduğunu yenidən görmüş olduq.

“Qarabağ”ın Azərbaycan çempionatındakı rəqibləri də bu yenilgidən sonra xeyli ümidlənmişdilər. Xüsusən də “Neftçi”. Çünki “Qarabağ”ın “Lion”dan sonrakı rəqibi məhz “Neftçi” idi, 15-ci turda məhz bu iki komanda üz-üzə gələcəkdi. Özü də “Neftçi”nin meydanında. Əlsində hələ birinci dövrədə “Neftçi” “Qarabağ”ı öz meydanında qəbul etməliydi. Amma təmirdən yeni çıxan “Neftçi Arena”nın siftəsini korlamamaq üçün yüngül bir biclik işlədildi, oyunun yeri dəyişildi. Artıq bu dəfə “qaçmağa” yer qalmamışdı. “Neftçi” əzəli rəqibi doğma meydanda qəbul etməliydi. “Lion”la oyununu fiziki və psixoloji yorğunluğu bu yerdə “Neftçi”nin işinə yaramalıydı, “ağ-qaralar” bu fürsətdən maksimum yararlanmalıydı.
“Neftçi” üçün prinsipial sayılan bu qarşılaşmaya Qurban Qurbanov sıradan bir premyer-liqa oyunu kimi, növbəti 3 xal mübarizəsi kimi yanaşdı. Elə bunun da nəticəsi idi ki, “Lion”la oyunda meydana çıxan, xeyli güc sərf edən əsas heyət üzvləri “Neftçi”yə qarşı ilk dəqiqələrdən oyuna qoşulmamışdılar. Onlar Qurbanovun yanında, yəni ehtiyat oyunçular skamyasında idi. Azərbaycan futbolu ilə az-çox maraqlananlar, “Qarabağ”ın futbolçularının gücünə bələd olanlar gördülər ki, “Qarabağ” “Neftçi”yə qarşı faktiki ikinci heyətlə oynayırdı. Bu da Samir Abasova və onun komandasına kömək edəcək bir məqam kimi “Neftçi”yə könül verənləri, onun qələbəsini arzulayanları ümidləndirmişdi. Amma olmadı. “Qarabağ” son illərdə adət etdiyi kimi “Neftçi”ni “quru” və böyük hesabla məğlub etdi. 90 dəqiqənin sonunda 0:3 hesabı qeydə alındı.
Bu görüşdə qalib gəlmək həvəsinin gücündən, yaxud da “Lion”la matçın yorğunu olan “Qarabağ”ı büdrətməyin asan olacağına bəslənən ümidin çoxluğundan idi, bilmirəm. “Neftçi” rəhbərliyi görüşdən öncə heç də ənənəvi olmayan bu şouya imza atmışdı. Yayda Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qalib olmaqla bütün Azərbaycanın qüruruna çevrilən cüdoçu Hidayət Heydərovu “Neftçi”nin bazasına gətirmişdilər. Baş məşqçi Samir Abasov və futbolçular onunla şəkil çəkdirdilər, cüdoçu da onlara dəstəyini ifadə etdi. Onun açıqlamasında belə qeyd olunur ki, Heydərov uşaqlıq illərindən “Neftçi”nin azarkeşi olduğunu bildirib.
Əlbəttə, burda qəribə heç nə yoxdur. Azərbaycanda müəyyən nəsil futbol azarkeşləri gözlərini açandan “Neftçi”ni görüb, ona könül verib. Eynilə “Neftçi” topu” söhbətində olduğu kimi. Olimpiya çempionu Hidayət bəy də belələrindən ola bilər. Yanılmıramsa, Hidayətin yüksəlişində “Neftçi” İSM-in rəhbəri Sadıq Sadıqovun da böyük rolu var. Sadıq bəy çoxlarına “Neftçi”ni sevdirib. Amma bu olimpiya çempionunun bu sevgini məhz indi açıqlamasında bir qədər zaman uyğunsuzluğu var idi. Şəxsi qənaətimdi ki, bütün xalqın sevimlisinə çevrilən cüdoçu “Lion”la oyundan ağır yenilgiylə ayrılan, deməli, yaralı olan “Qarabağ”la oyun ərəfəsində “Neftçi”nin düşərgəsinə baş çəkməklə yüngülvari səhv edib. Diqqətimi o da çəkdi ki, həmin xəbərlərin sonunda Hidayətin “Qarabağ”la oyunda tribunada olacağı vurğulanırdı. Yəni ki, Heydərov “Qarabağ”a qarşı “Neftçi”ni dəstəkləyəcək, siz də ona qoşulun.
Nəticəsini hamı gördü. “Qarabağ” az güc sərf etməklə “Neftçi”nin qapısına üç cavabsız top vurmaqla Heydərovu və onun kimi ağ-qara rənglərə könül verənləri üzdü. Kaş ki, “Neftçi” tərəfi Olimpiya çempionu ilə reklam olunmaq üçün doğru zaman seçəydi, bunu “Qarabağ”la oyun ərəfəsində etməyəydi. Ara yerdə o boyda cüdoçunu “Qarabağ” azarkeşlərinin gözündə rəqibə çevirdilər. Çünki bu reklam da “Neftçi”ni ağır məğlubiyyətdən xilas etmədi, “Qarabağ” səviyyə fərqini hamıya nümayiş etdirdi. Bu fərqi ört-basdır etmək üçün olimpiya çempionunun nüfuzu da yetərli olmadı. Nə deyək, keçmiş olsun!
AMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Dekabr 2024 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri