Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Dövlət Himninin müəllifi ilə bağlı mübahisə və müzakirələr yenidən gündəmə gəlib.Tədqiqatçı, fiologiya elmləri doktoru, professor Asif Rüstəmli iddia edir ki, himnimizin sözləri Əhməd Cavada deyil, Cəmo bəy Cəbrayılbəyliyə məxsusdur.
O, bu barədə özünün “Cəmo bəy Cəbrayılbəyli: Həyatı və yaradıcılığı” kitabında yazıb və bir neçə faktlar da ortaya qoyub.Kitabda yazılır: “Cəmo bəy Cəbrayılbəylinin 1918-ci ildə yazdığı “Vətənim” şeirinin ərəb qrafikası ilə ilk əlyazma versiyasını onun bacısı nəvəsi Gülsüm Əfəndizadə 1967-ci il 6 iyul tarixində Cəmo bəyin həyat yoldaşı Şəfiqə Cəbrayılbəyliyə yadigar olaraq göndərib.
“Vətənim” şeiri Azərbaycan Dövlət Himninin (cüzi redaktə işi istisna olunmaqla) mətni ilə eynidir.
Gülsüm Əfəndizadənin ərəb qrafikası ilə “Vətənim” şeirinin 1967-ci il əlyazma nüsxəsinin orijinalı monoqrafiya müəllifinin arxivindədir.
Himn sözlərinin müəllif kimliyi haqqında müxtəlif araşdırıcılar tərəfindən 4 versiya irəli sürülüb: 1. Cəmo bəy Cəbrayılbəyli, 2.
Əhməd Cavad, 3. Üzeyir Hacıbəyli, 4. Cəmo bəy Hacınski. Araşdırmalar nəticəsində əldə etdiyimiz bütün sənədlər, arxiv materialları, arqument
Digər versiyalar haqqında əsaslandırılmış faktlar olmadığı üçün müsbət fikir söyləmək mümkünsüzdür.