Icma.az
close
up
RU
Himn qalmaqalı BÖYÜYÜR Sözlərini Əhməd Cavad yazmayıb ŞOK İDDİA FOTO

Himn qalmaqalı BÖYÜYÜR Sözlərini Əhməd Cavad yazmayıb ŞOK İDDİA FOTO

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Dövlət Himninin müəllifi ilə bağlı mübahisə və müzakirələr yenidən gündəmə gəlib.
Tədqiqatçı, fiologiya elmləri doktoru, professor Asif Rüstəmli iddia edir ki, himnimizin sözləri Əhməd Cavada deyil, Cəmo bəy Cəbrayılbəyliyə məxsusdur. O, bu barədə özünün “Cəmo bəy Cəbrayılbəyli: Həyatı və yaradıcılığı” kitabında yazıb və bir neçə faktlar da ortaya qoyub.
Kitabda yazılır:

“Cəmo bəy Cəbrayılbəylinin 1918-ci ildə yazdığı “Vətənim” şeirinin ərəb qrafikası ilə ilk əlyazma versiyasını onun bacısı nəvəsi Gülsüm Əfəndizadə 1967-ci il 6 iyul tarixində Cəmo bəyin həyat yoldaşı Şəfiqə Cəbrayılbəyliyə yadigar olaraq göndərib. “Vətənim” şeiri Azərbaycan Dövlət Himninin (cüzi redaktə işi istisna olunmaqla) mətni ilə eynidir. Gülsüm Əfəndizadənin ərəb qrafikası ilə “Vətənim” şeirinin 1967-ci il əlyazma nüsxəsinin orijinalı monoqrafiya müəllifinin arxivindədir. Himn sözlərinin müəllif kimliyi haqqında müxtəlif araşdırıcılar tərəfindən 4 versiya irəli sürülüb:

1. Cəmo bəy Cəbrayılbəyli, 2. Əhməd Cavad, 3. Üzeyir Hacıbəyli, 4. Cəmo bəy Hacınski. Araşdırmalar nəticəsində əldə etdiyimiz bütün sənədlər, arxiv materialları, arqumentlər, faktlar və sağlam məntiq himn 233 mətninin Cəmo bəy Cəbrayilbəyliyə aid olduğunu təsdiqləyir. Digər versiyalar haqqında əsaslandırılmış faktlar olmadığı üçün müsbət fikir söyləmək mümkünsüzdür. Cəmo bəyin böyük bacısının oğlu, Nüsrət Əfəndizadənin qızı, Ağaəli Nasehin nəvəsi Gülsüm Əfəndizadənin C.Cəbrayılbəyliyə həsr etdiyi “Mərhum dayım Cəmo bəyə” adlı şeiri və Şəfiqə xanım Cəbrayılbəyliyə (Cəmo bəyin həyat yoldaşı-A.R.) əski əlifba ilə surətini köçürərək ünvanladığı Cəmo bəyin “Vətənim” şeiri var idi. “Vətənim” şeirinin sonunda Gülsüm xanım ərəb qrafikası ilə yazıb: “Müəllifi - əzizimiz, çox hörmətə layiq və 227 malik, mərhum Cəmo bəy Cəbrayılzadədir. Yazılıbdır 1918- minci sənədə, Bakı şəhərində”.

Mövzu ilə bağlı tədqiqatçı Asif Rüstəmli ilə əlaqə saxladıq.
Professor Bizim.Media- ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə, cəmiyyətdə bu barədə fikir yürüdənlər və danışanların tədqiqatlardan xəbəri yoxdur və müzakirələr elmdən kənar aparılır:
“Şifahi nitqdə deyilən bəzi sözləri, fikirləri təhrif edirlər. Baxıram ki, demədiyim və yazmadığım sözləri mənə aid edib, tərsinə şərh edirlər. Mən Cəmo bəy Cəbrayılbəylinin həyatı və yaradıcılığı barədə kitab yazmışam. Uzun illər tədqiqat aparıb, əlyazmasını əldə edib fikir yürütmüşəm. Onun hər cümləsinin də arxasında dayanıram.
Sosial şəbəkələrdə müzakirəyə qoşulan və fikir yürüdənlərin əksəriyyətinin kitabdan xəbəri yoxdur. İstəyərdim ki, onu oxuduqdan sonra danışsınlar. Mən real faktlarla işləyirəm. Kiminsə sözü, mülahizəsi mənim üçün fakt ola bilməz. Bu mövzu barədə obyektiv fikir bildirmək üçün kitabımı oxumaq lazımdır. Heç nədən xəbəri olmayanlar mübahisə edirlər. Bütün sənədlər kitabda mövcuddur. Elmi işlə məşğulam, yazdığım bütün müddəaların arxasında dayanıram”, - deyə o vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Aprel 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri