Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Məlum olduğu kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın XİN rəhbəri İshaq Dar arasında görüş olub.
Tərəflər diplomatik münasibətlər qurmaq barədə qərar qəbul ediblər.Həmsöhbətlər Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması qərarını məmnunluqla qeyd ediblər və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Həmçinin, regional hadisələrə toxunan Ararat Mirzoyan Ermənistanın Cənubi Qafqazda sabit sülhün bərqərar olması istiqamətində səylərini təqdim edib.
Bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğunu vurğulayıb.Mövzu ilə baglı siyasi şərhçi, hüquqşünas Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Pakistan nüvə dövlətidir və həm ərazisinə, həm əhalisinə, həm yerləşdiyi coğrafi mövqeyə görə, regionda və dünyada baş verənlərə təsir imkanlarına görə, Pakistanla münasibətlərdə maraqlı olan dövlətlər çoxdur.Ekspertin fikrincə, hansısa ölkənin Pakistanla əlaqə qurmaq məsələsinə Azərbaycan-Pakistan münasibətləri fonunda baxmaq doğru yanaşma deyil:"Bu, Pakistanın dünya səviyyəsində yaşanan proseslərə təsir imkanları ilə bağlıdır.
Amma xüsusi qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və 30 il ərzində işğalda saxlaması dövründə Pakistanla Ermənistan arasında münasibətlər olmayıb.
Diplomatik əlaqələr qurulmayıb. Amma bu gün Azərbaycan və Ermənistan arasında Vaşinqtonda mühüm sənədlər imzalnıb, sülh sazişi sənədi parafl
Artıq Azərbaycan üçün Pakistanın, həmçinin digər müttəfiqlərinin Ermənistanla münasibətləri normallaşdırması narahatedici məqam deyil.