Icma.az
close
up
RU
Hindistan anlamalıdır ki, artıq Ermənistanla Azərbaycan... AÇIQLAMA

Hindistan anlamalıdır ki, artıq Ermənistanla Azərbaycan... AÇIQLAMA

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın XİN rəhbəri İshaq Dar arasında görüş olub. Tərəflər diplomatik münasibətlər qurmaq barədə qərar qəbul ediblər.

Həmsöhbətlər Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması qərarını məmnunluqla qeyd ediblər və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin, regional hadisələrə toxunan Ararat Mirzoyan Ermənistanın Cənubi Qafqazda sabit sülhün bərqərar olması istiqamətində səylərini təqdim edib. Bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğunu vurğulayıb.

Mövzu ilə baglı siyasi şərhçi, hüquqşünas Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Pakistan nüvə dövlətidir və həm ərazisinə, həm əhalisinə, həm yerləşdiyi coğrafi mövqeyə görə, regionda və dünyada baş verənlərə təsir imkanlarına görə, Pakistanla münasibətlərdə maraqlı olan dövlətlər çoxdur.

Ekspertin fikrincə, hansısa ölkənin Pakistanla əlaqə qurmaq məsələsinə Azərbaycan-Pakistan münasibətləri fonunda baxmaq doğru yanaşma deyil:

"Bu, Pakistanın dünya səviyyəsində yaşanan proseslərə təsir imkanları ilə bağlıdır. Amma xüsusi qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və 30 il ərzində işğalda saxlaması dövründə Pakistanla Ermənistan arasında münasibətlər olmayıb. Diplomatik əlaqələr qurulmayıb. Amma bu gün Azərbaycan və Ermənistan arasında Vaşinqtonda mühüm sənədlər imzalnıb, sülh sazişi sənədi paraflanıb. Artıq Azərbaycan üçün Pakistanın, həmçinin digər müttəfiqlərinin Ermənistanla münasibətləri normallaşdırması narahatedici məqam deyil. Azərbaycan özü Ermənistanla sülh prosesini müzakirə edir. O baxımdan İrəvan-İslamabad arasında buzların əriməsinə yönəlik müəyyən addımlar təbii ki, Bakının da mövqeyi nəzərə alınmaqla atılır".

Xəyal Bəşirov: İrəvan-İslamabad arasında buzların əriməsinə yönəlik addımlarda Bakının da mövqeyi nəzərə alınır

X.Bəşirov əlavə edib ki, burada nümunə götürməli olan ölkə Hindistandır. Onun sözlərinə görə, Hindistan da anlamalıdır ki, artıq Ermənistanla Azərbaycan arasında düşmənçilik yox, sülh müzakirə olunur:

“Hindistan bunu bəhanə edərək Azərbaycanla münasibətləri pisləşdirməyə davam etməməlidir. Bu, bizim üçün xoşagəlməz haldır. Yaxşı olar ki, Hindistan Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın Ermənistanla münasibətlərindən düzgün nəticə çıxarsın, Bakı ilə münasibətlərini normallaşdırsın. Əlaqələri düzəltmək istəmirsə belə ən azından hansısa quruma üzvlüklə bağlı bloklama kimi birbaşa qərəzli addımlar atmasın. Əks halda biz də beynəlxalq platformalarda eyni addımları atacağıq".

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Sentyabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri