Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Hindistanın neft emalı şirkətləri, ABŞ və Avropa sanksiyaları səbəbindən əsas tədarükçüsü olan Rusiyadan neft idxalını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.
Qaynarinfo "Moscow Times"a istinadən xəbər verir ki, bu barədə cümə axşamı neft sənayesindəki mənbələr bildiriblər.
2022-ci ildə Ukrayna müharibəsi başlayandan sonra Hindistan, dəniz yolu ilə endirimli qiymətə satılan Rusiya neftinin ən böyük alıcısına çevrilib.
2025-ci ilin ilk doqquz ayında Hindistanın neft emalı zavodları Rusiyadan təxminən gündə 1,7 milyon barel neft idxal edib.
Rusiya nefti ABŞ və Hindistan arasında uzunmüddətli ticarət danışıqlarında əsas mübahisə mövzusuna çevrilib.
ABŞ prezidenti Donald Tramp Hindistan mallarına tətbiq etdiyi 50 faiz gömrük rüsumlarının yarısını məhz bu alışlara cavab olaraq tətbiq edib.
Məsələyə yaxın iki mənbənin bildirdiyinə görə, Hindistanın Rusiya neftinin ən böyük alıcısı olan Reliance Industries Ltd idxalı kəskin şəkildə azaldacaq və ya tamamilə dayandıracaq.