Icma.az
close
up
RU
Hindistan geri çəkilir: Rusiyadan neft idxalını kəskin azalda bilər KİV

Hindistan geri çəkilir: Rusiyadan neft idxalını kəskin azalda bilər KİV

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Hindistanın neft emalı şirkətləri, ABŞ və Avropa sanksiyaları səbəbindən əsas tədarükçüsü olan Rusiyadan neft idxalını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.

Qaynarinfo "Moscow Times"a istinadən xəbər verir ki, bu barədə cümə axşamı neft sənayesindəki mənbələr bildiriblər.

2022-ci ildə Ukrayna müharibəsi başlayandan sonra Hindistan, dəniz yolu ilə endirimli qiymətə satılan Rusiya neftinin ən böyük alıcısına çevrilib. 2025-ci ilin ilk doqquz ayında Hindistanın neft emalı zavodları Rusiyadan təxminən gündə 1,7 milyon barel neft idxal edib.

Rusiya nefti ABŞ və Hindistan arasında uzunmüddətli ticarət danışıqlarında əsas mübahisə mövzusuna çevrilib. ABŞ prezidenti Donald Tramp Hindistan mallarına tətbiq etdiyi 50 faiz gömrük rüsumlarının yarısını məhz bu alışlara cavab olaraq tətbiq edib.

Məsələyə yaxın iki mənbənin bildirdiyinə görə, Hindistanın Rusiya neftinin ən böyük alıcısı olan Reliance Industries Ltd idxalı kəskin şəkildə azaldacaq və ya tamamilə dayandıracaq.

"Rusiya neftinin idxalının yenidən tənzimlənməsi prosesi davam edir və Reliance Hindistan hökumətinin bütün göstərişlərinə tam əməl edəcək”, – deyə şirkət nümayəndəsi bildirib.

Hindistanın Neft Nazirliyi məsələ ilə bağlı sorğuya dərhal cavab verməyib.

ABŞ administrasiyası Rusiya enerji nəhənglərinə qarşı yeni sanksiyalar tətbiq etdikdən sonra Hindistanın dövlətə məxsus Indian Oil Corp, Bharat Petroleum Corp, Hindustan Petroleum Corp və Mangalore Refinery and Petrochemicals şirkətləri müqavilə sənədlərini yenidən nəzərdən keçirməyə başlayıblar ki, "Rosneft” və "Lukoil”lə birbaşa tədarükləri istisna etsinlər.

Tramp çərşənbə günü Rusiyanın ən böyük iki neft şirkəti — "Lukoil” və "Rosneft”ə qarşı sanksiyalar tətbiq edib.

ABŞ Maliyyə Nazirliyi çərşənbə günü yayımladığı sənəddə şirkətlərə 21 noyabradək Rusiya neft istehsalçıları ilə əməliyyatları azaltmaq üçün vaxt verdiyini bildirib.

"Azalma çox böyük olacaq. Biz idxalın dərhal sıfıra enəcəyini gözləmirik, çünki bəzi yüklər 21 noyabra qədər bazara daxil olacaq”, – deyə bir neft emalı şirkətinin nümayəndəsi qeyd edib.

Mənbələrin sözlərinə görə, Hindistanın dövlət şirkətləri Rusiya neftini nadir hallarda birbaşa "Rosneft” və "Lukoil”dən alır, daha çox vasitəçilər vasitəsilə tədarük edirlər.

Dünyanın ən böyük neft emalı kompleksi olan Camnagar (Qucarat ştatı) şəhərində fəaliyyət göstərən Reliance şirkətinin "Rosneft”lə gündə təxminən 500 min barel neft tədarükü üçün uzunmüddətli müqaviləsi var idi. Şirkət həmçinin vasitəçilərdən də Rusiya nefti alır.

Rusiya payına sahib olan Nayara Energy şirkəti də "Rosneft”dən neft alışı həyata keçirir. Şirkət məsələ ilə bağlı suallara cavab verməyib.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri