Hindistan Rusiyadan neft alışını minimuma endirib Yenidən arta bilər | Icma.az
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hindistanın Rusiyadan neft idxalı 2026-cı ilin əvvəlində son dörd ilin ən aşağı səviyyəsinə düşə bilər.“AzPolitika” bildirir ki, bu barədə Bloomberg ticarət iştirakçılarına istinadən məlumat yayıb.Məlumata görə, yanvar ayında idxalın həcmi rekord səviyyədə olan yay göstəricisi sutkada 2,1 milyon bareldən təxminən 600 min barrelə enə bilər.
Bu, ABŞ Prezidenti Donald Tramp administrasiyasının artan siyasi təzyiqi və “Rosneft” ilə “Lukoil”ə qarşı tətbiq edilən sanksiyaların birbaşa nəticəsi kimi qiymətləndirilir.
Vaşinqton hesab edir ki, Hindistanın alışları Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirir.İdxalın azalmasına baxmayaraq, hətta 600 min barellik həcm belə Hindistanın Rusiya ilə müharibədən əvvəlki göstəricilərindən yüksəkdir.
Ticarətçilər bildirirlər ki, idxal gələcəkdə yenidən arta bilər, çünki:-bazarda yeni vasitəçilər peyda olur; -Moskva tədarük zəncirini bərpa etmək üçün alternativ yollar axtarır.Rusiyanın Prezidenti Vladimir Putin də Nu-Deliyə səfəri zamanı Hindistana “yanacağın fasiləsiz şəkildə çatdırılacağını” vəd edib və böyük alıcını itirməməyə çalışıb.ABŞ-la ticarət sazişinin irəliləməsi ləng gedir.
Bu səbəbdən Hindistan tam şəkildə Vaşinqtonun tələblərinə uyğunlaşmağa tələsmir.
Mütəxəssislər qeyd edirlər ki, mövcud sanksiyalar geniş olsa da, Rusiyadan idxalı tam dayandırmaq üçün kifayət deyil, xüsusən də Rusiya neftinin Yaxın Şərq və ABŞ neftindən daha ucuz olduğu halda.Hazırda Hindistanın dövlət şirkətləri sanksiyalardan ehtiyat edərək Rusiya nefti alışlarını azaldır.
Bunun əksinə olaraq, bir sıra özəl neft emalı zavodları yeni sxemlər və təchizatçılar axtarır.Analitiklərin sözlərinə görə, idxalın müəyyən qədər bərpası mümkündür.
Tam oxu
Xəbəri oxu