Icma.az
close
up
RU
Hindistan Rusiyadan neft alışını minimuma endirib Yenidən arta bilər

Hindistan Rusiyadan neft alışını minimuma endirib Yenidən arta bilər

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hindistanın Rusiyadan neft idxalı 2026-cı ilin əvvəlində son dörd ilin ən aşağı səviyyəsinə düşə bilər.

“AzPolitika” bildirir ki, bu barədə Bloomberg ticarət iştirakçılarına istinadən məlumat yayıb.

Məlumata görə, yanvar ayında idxalın həcmi rekord səviyyədə olan yay göstəricisi sutkada 2,1 milyon bareldən təxminən 600 min barrelə enə bilər. Bu, ABŞ Prezidenti Donald Tramp administrasiyasının artan siyasi təzyiqi və “Rosneft” ilə “Lukoil”ə qarşı tətbiq edilən sanksiyaların birbaşa nəticəsi kimi qiymətləndirilir. Vaşinqton hesab edir ki, Hindistanın alışları Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirir.

İdxalın azalmasına baxmayaraq, hətta 600 min barellik həcm belə Hindistanın Rusiya ilə müharibədən əvvəlki göstəricilərindən yüksəkdir. Ticarətçilər bildirirlər ki, idxal gələcəkdə yenidən arta bilər, çünki:

-bazarda yeni vasitəçilər peyda olur;

-Moskva tədarük zəncirini bərpa etmək üçün alternativ yollar axtarır.

Rusiyanın Prezidenti Vladimir Putin də Nu-Deliyə səfəri zamanı Hindistana “yanacağın fasiləsiz şəkildə çatdırılacağını” vəd edib və böyük alıcını itirməməyə çalışıb.

ABŞ-la ticarət sazişinin irəliləməsi ləng gedir. Bu səbəbdən Hindistan tam şəkildə Vaşinqtonun tələblərinə uyğunlaşmağa tələsmir. Mütəxəssislər qeyd edirlər ki, mövcud sanksiyalar geniş olsa da, Rusiyadan idxalı tam dayandırmaq üçün kifayət deyil, xüsusən də Rusiya neftinin Yaxın Şərq və ABŞ neftindən daha ucuz olduğu halda.

Hazırda Hindistanın dövlət şirkətləri sanksiyalardan ehtiyat edərək Rusiya nefti alışlarını azaldır. Bunun əksinə olaraq, bir sıra özəl neft emalı zavodları yeni sxemlər və təchizatçılar axtarır.

Analitiklərin sözlərinə görə, idxalın müəyyən qədər bərpası mümkündür. Bu bərpa aşağıdakı amillərdən qaynaqlana bilər:

-təchizatçıların dəyişməsi;

-daha böyük endirimlərin tətbiqi;

-dolayı və ya üçüncü ölkələr üzərindən yeni logistika kanallarının yaradılması.

Hindistanın neft idxalında həlledici rol oynayan şirkət “Reliance Industries”-dir. Şirkət Rusiya neftinin idxalını noyabrın 20-dən tam dayandırıb, ixrac yönümlü zavodu üçün Rusiya nefti almır və ABŞ sanksiyalarına riayət edəcəyini açıqlayıb. Lakin eyni zamanda “Rosneft” ilə qüvvədə olan müqaviləsi şirkətə yanvar ayında əlavə 350 min barrelə qədər Rusiya nefti idxal etmək imkanı yaradır. Bu amilin idxal statistikasına ciddi təsir göstərə biləcəyi qeyd olunur.

Hindistanın Rusiya ilə enerji əməkdaşlığı ölkəyə ciddi iqtisadi zərbə də vurub. 2025-ci ildə ABŞ Hindistandan idxal olunan bir çox məhsullara 50%-lik gömrük rüsumları tətbiq edib. Qeyd edək ki, bu tarifləri Rusiya nefti və silahlarının alınması ilə əlaqələndirib.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Dekabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri