Hindistanda 147 sərnişinin olduğu təyyarədə qaçırılma xəbərdarlığı aşkarlanıb

11.11.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 noyabr, AZƏRTAC

Hindistanın Kalkutta hava limanında Mumbaya uçmağa hazırlaşan “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsində qaçırılma xəbərdarlığı aşkarlanıb.

AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, uçuşa az qalmış kabin heyəti üzvləri təyyarənin sanitar qovşağındakı güzgünün üzərində qaçırılma ilə bağlı xəbərdarlıq yazısı aşkar ediblər.

Hadisədən sonra göyərtəsində 147 sərnişinin olduğu təyyarə təhlükəsizlik yoxlaması üçün xüsusi əraziyə aparılıb, sərnişinlər təyyarədən endirilib. Yoxlamalara təhlükəsizlik əməkdaşları, yanğınsöndürənlər və bomba mütəxəssisləri cəlb olunub.

Hazırda aidiyyəti qurumlar tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью