Hindistanda 147 sərnişinin olduğu təyyarədə qaçırılma xəbərdarlığı aşkarlanıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 11 noyabr, AZƏRTAC
Hindistanın Kalkutta hava limanında Mumbaya uçmağa hazırlaşan “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsində qaçırılma xəbərdarlığı aşkarlanıb.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, uçuşa az qalmış kabin heyəti üzvləri təyyarənin sanitar qovşağındakı güzgünün üzərində qaçırılma ilə bağlı xəbərdarlıq yazısı aşkar ediblər.
Hadisədən sonra göyərtəsində 147 sərnişinin olduğu təyyarə təhlükəsizlik yoxlaması üçün xüsusi əraziyə aparılıb, sərnişinlər təyyarədən endirilib. Yoxlamalara təhlükəsizlik əməkdaşları, yanğınsöndürənlər və bomba mütəxəssisləri cəlb olunub.
Hazırda aidiyyəti qurumlar tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Hindistanda sərxoş sərnişinin təyyarədə qeyri adekvat hərəkətləri təhlükə yaratdı
12 Sentyabr 2025 04:44
Hindistanda göyərtəsində 6 sərnişinin olduğu helikopter məcburi eniş edib
24 Oktyabr 2026 12:49
Türkiyədə 136 sərnişinin olduğu təyyarədə bomba XƏBƏRDARLIĞI
05 Oktyabr 2026 23:10
Hindistanda Katyuri dövrünə aid qədim tunel aşkarlanıb
31 Yanvar 2025 14:04
Hindistanda təxminən 10 min kiloqram partlayıcı aşkarlanıb
26 Yanvar 2026 18:00
Baxış sayı:113
Bu xəbər 11 Noyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















