Hindistanda avtobus qəzası nəticəsində 36 nəfər ölüb

04.11.2024

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hindistanın şimalında yerləşən Uttarakhand ştatında avtobusun uçuruma aşması nəticəsində azı 36 nəfər həlak olub.

AZƏRTAC “Times of India” qəzetinə istinadla xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Agentliyin məlumatında deyilir.

Hadisə Marçula şəhəri yaxınlığında baş verib. İlkin məlumata görə, qəzaya avtobus sürücüsünün dağ yolunun çətin keçilən hissəsində idarəetməni itirməsi səbəb olub. İnsident nəticəsində, həmçinin 10 nəfər yaralanıb, beş nəfər isə itkin düşüb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Qəza yerində axtarış-xilasetmə işləri davam edir. Polis hadisənin başvermə səbəblərini araşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью