Hindistanda avtobus qəzası nəticəsində 36 nəfər ölüb
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hindistanın şimalında yerləşən Uttarakhand ştatında avtobusun uçuruma aşması nəticəsində azı 36 nəfər həlak olub.
AZƏRTAC “Times of India” qəzetinə istinadla xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Agentliyin məlumatında deyilir.
Hadisə Marçula şəhəri yaxınlığında baş verib. İlkin məlumata görə, qəzaya avtobus sürücüsünün dağ yolunun çətin keçilən hissəsində idarəetməni itirməsi səbəb olub. İnsident nəticəsində, həmçinin 10 nəfər yaralanıb, beş nəfər isə itkin düşüb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Qəza yerində axtarış-xilasetmə işləri davam edir. Polis hadisənin başvermə səbəblərini araşdırır.

Hindistanda avtobusun dərəyə aşması nəticəsində 36 nəfər ölüb
04 Noyabr 2024 19:08
Hindistanda avtobusun dərəyə aşması nəticəsində azı 36 nəfər ölüb Doğru Xəbərlər
04 Noyabr 2024 19:06
Hindistanda avtomobilin çaya düşməsi nəticəsində 11 nəfər ölüb
03 Avqust 2025 14:20
Boliviyada avtobus qəzası nəticəsində 31 nəfər ölüb
04 Mart 2025 07:55
Hindistanda pələng hücumu nəticəsində gənc ölüb
26 Avqust 2025 10:12

