Hindistanda helikopter qəzası nəticəsində 6 nəfər həlak olub

30.10.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 oktyabr, AZƏRTAC

Hindistanın şimalındakı Uttarakhand ştatının Çamoli rayonunda altı nəfərin olduğu helikopter qəzaya uğrayıb.

AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, göyərtəsində bir pilot və beş sərnişinin olduğu “Trans Bharat Aviation” şirkətinə məxsus helikopter Badrinath şəhərindən Dehraduna uçarkən radarlardan itib və sonradan qəzaya uğradığı təsdiqlənib.

Hadisə yerinə yerli hakimiyyət orqanlarının əməkdaşları, Dövlət Fəlakətlərə Müdaxilə Qüvvələri və hərbçilər cəlb olunublar. Axtarış-xilasetmə əməliyyatı aparılır.

İlkin məlumatlara görə, qəzaya səbəb hava şəraitinin əlverişsiz olması ehtimal edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью