Hindistanda helikopter qəzası nəticəsində 6 nəfər həlak olub
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 30 oktyabr, AZƏRTAC
Hindistanın şimalındakı Uttarakhand ştatının Çamoli rayonunda altı nəfərin olduğu helikopter qəzaya uğrayıb.
AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, göyərtəsində bir pilot və beş sərnişinin olduğu “Trans Bharat Aviation” şirkətinə məxsus helikopter Badrinath şəhərindən Dehraduna uçarkən radarlardan itib və sonradan qəzaya uğradığı təsdiqlənib.
Hadisə yerinə yerli hakimiyyət orqanlarının əməkdaşları, Dövlət Fəlakətlərə Müdaxilə Qüvvələri və hərbçilər cəlb olunublar. Axtarış-xilasetmə əməliyyatı aparılır.
İlkin məlumatlara görə, qəzaya səbəb hava şəraitinin əlverişsiz olması ehtimal edilir.
Bu mövzuda digər xəbərlər:Hindistanda helikopter qəzası nəticəsində altı zəvvar və pilot həlak olub
15 İyun 2025 10:05
Hindistanda avtobus qəzası nəticəsində 36 nəfər ölüb
04 Noyabr 2024 19:20
Hindistanda torpaq sürüşməsi nəticəsində 3 hərbçi həlak olub, 6 nəfər itkin düşüb
02 İyun 2025 21:23
Hindistanda 6 nəfərin olduğu helikopter yoxa çıxıb
30 Oktyabr 2026 14:33
ABŞ da helikopter qəzası olub 6 nəfər həlak oldu
11 Aprel 2025 02:37
Baxış sayı:89
Bu xəbər 30 Oktyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















