Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlük müraciətini növbəti dəfə əngəlləyib.
Bu addım Azərbaycanın regiondakı mövqeyinə və strateji planlarına qarşı yönəlmiş bir maneə kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan hərbi ekspert Ədalət Verdiyev vurğulayıb ki, əvvəllər də Hindistanın Azərbaycana qarşı mənfi addımlarının şahidi olmuşuq: “Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünə qarşı çıxışı, paralel olaraq Ermənistanın da bu təşkilata qoşulmasının qarşısını alması ilə müşayiət olunub.
Bu cür mövqelər heç vaxt Azərbaycanın milli və dövlət maraqlarına zərər vura bilməyib.
Əslində, bu gün Şanxay Əməkdaşlıq Təşkilatına Azərbaycanın üzvlüyü daha çox lazımdır, nəinki Azərbaycana ŞƏT üzvlüyü.
Qlobal idarəetmənin yenilənməsi fonunda Azərbaycan da bu təşkilata üzv olmaq üçün müraciət edib.
Ancaq Hindistan öz üzvü olduğu qurumun maraqlarına da zidd addım atmış olur.