Icma.az
close
up
RU
“Hindistanın addımı Pakistan Azərbaycan yaxınlaşmasına cavabdır” EKSPERT ŞƏRHİ

“Hindistanın addımı Pakistan Azərbaycan yaxınlaşmasına cavabdır” EKSPERT ŞƏRHİ

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlük müraciətini növbəti dəfə əngəlləyib.

Bu addım Azərbaycanın regiondakı mövqeyinə və strateji planlarına qarşı yönəlmiş bir maneə kimi qiymətləndirilir.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan hərbi ekspert Ədalət Verdiyev vurğulayıb ki,  əvvəllər də Hindistanın Azərbaycana qarşı mənfi addımlarının şahidi olmuşuq:

“Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünə qarşı çıxışı, paralel olaraq Ermənistanın da bu təşkilata qoşulmasının qarşısını alması ilə müşayiət olunub.

Bu cür mövqelər heç vaxt Azərbaycanın milli və dövlət maraqlarına zərər vura bilməyib.

Əslində, bu gün Şanxay Əməkdaşlıq Təşkilatına Azərbaycanın üzvlüyü daha çox lazımdır, nəinki Azərbaycana ŞƏT üzvlüyü. Qlobal idarəetmənin yenilənməsi fonunda Azərbaycan da bu təşkilata üzv olmaq üçün müraciət edib. Ancaq Hindistan öz üzvü olduğu qurumun maraqlarına da zidd addım atmış olur.

Belə şəraitdə Azərbaycanın strateji müttəfiqləri – Belarus, Pakistan, Çin, Özbəkistan və Qazaxıstan kimi dövlətlər addımlarını məhz Bakı ilə sinxronlaşdırırlar”.

Ekspertin vurğulayıb ki, hazırda ŞƏT daxilində Hindistandan daha çox Azərbaycanın tərəfdaşları mövcuddur:

“Bu baxımdan Hindistanın Azərbaycana qarşı mövqeyi gələcəkdə onun özünə qarşı çevrilə bilər. Tarixi təcrübə göstərir ki, vaxtilə Bayden administrasiyası, Fransa Prezidenti Emmanuel Makron və digər Qərb dövlətləri də Azərbaycana qarşı fəal mübarizə aparıblar. Lakin bu cəhdlərin heç biri Azərbaycanın prioritetlərini dəyişdirə bilməyib.

Hindistanın baş naziri Narendra Modi də bu gün sadəcə müvəqqəti olaraq ölkəsinə rəhbərlik edir. Zamanla Hindistan da anlayacaq ki, Azərbaycan və onun ərazisindən keçən nəqliyyat dəhlizləri bu ölkə üçün də olduqca vacib və gərəklidir. Ola bilsin, belə qərarlar Modidən sonra hakimiyyətə gələcək qüvvələr tərəfindən qəbul edilsin. Hər halda, Hindistanın atdığı bu addım Ermənistan–Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır”.

Ədalət Verdiyev sonda onu da əlavə edib ki, bu mövqe həm də Pakistan–Azərbaycan yaxınlaşmasına Hindistanın sərt cavabı kimi qiymətləndirilə bilər.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Sentyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri