Hindistanın Azərbaycana qarşı qərəzli mövqeyinin arxasında nələr dayanır? | Icma.az
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb.
Bu barədə “AnewZ” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb.
Bəs , bu addımın arxasında hansı geosiyasi səbəblər dayanır? Hindistanın Bakıya qarşı qərəzli münasibətinin əsas motivləri nələrdir?
Moderator.az-a danışan politoloq Sultan Zahid bildirib ki, Hindistanın Azərbaycana qarşı münasibətdə biz son bir neçə ildə qərəzli yanaşmanın şahidi olmuşuq.
Onun sözlərinə görə, Hindistanın regiona yönəlik öz geosiyasi maraqları var.
Hələ lap əvvəldən Pakistanın Azərbaycana yaxınlığı Hindistanın maraqlarına xidmət etmədiyindən, Hindistan alternativ olaraq Ermənistana üstünlük verməyə başladı və İkinci Qarabağ müharibəsindən sonra intensiv şəkildə Ermənistanın silahlanmasında rol oynadı: “Hətta bu günə qədər olan statistik məlumatlara nəzər salsaq, Hindistan Fransadan belə çox Ermənistana hərbi silahlar və texnika göndərmişdir.
Biz Akaşları, Pinaka raketlərini misal çəkə bilərik. Buna nədən irəli gəlir?
Tam oxu
Xəbəri oxu