Icma.az
close
up
RU
Hindistanın Azərbaycana qarşı qərəzli mövqeyinin arxasında nələr dayanır?

Hindistanın Azərbaycana qarşı qərəzli mövqeyinin arxasında nələr dayanır?

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb. Bu barədə “AnewZ” diplomatik mənbələrə istinadən məlumat yayıb. Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb. Bəs , bu addımın arxasında hansı geosiyasi səbəblər dayanır? Hindistanın Bakıya qarşı qərəzli münasibətinin əsas motivləri nələrdir?

Moderator.az-a danışan politoloq  Sultan Zahid bildirib ki, Hindistanın Azərbaycana qarşı münasibətdə biz son bir neçə ildə qərəzli yanaşmanın şahidi olmuşuq. Onun sözlərinə görə, Hindistanın regiona yönəlik öz geosiyasi maraqları var. Hələ lap əvvəldən Pakistanın Azərbaycana yaxınlığı Hindistanın maraqlarına xidmət etmədiyindən, Hindistan alternativ olaraq Ermənistana üstünlük verməyə başladı və İkinci Qarabağ müharibəsindən sonra intensiv şəkildə Ermənistanın silahlanmasında rol oynadı:

“Hətta bu günə qədər olan statistik məlumatlara nəzər salsaq, Hindistan Fransadan belə çox Ermənistana hərbi silahlar və texnika göndərmişdir. Biz Akaşları, Pinaka raketlərini misal çəkə bilərik. Buna nədən irəli gəlir? Bu, ilk növbədə dediyim kimi: Azərbaycan-Pakistan birliyi əsas  faktordur. Digər tərəfdən Hindistan, İran və Ermənistan vasitəsi ilə Avropaya çıxış əldə etmək, ticarət koridoru yaradılmasına çalışır. Bu baxımdan Ermənistan Hindistanın önəm verdiyi dövlətdir. Üçüncü faktor isə ondan ibarətdir ki, Hindistan Azərbaycanla Çinin yaxınlaşmasını narahatlıqla izləyir. Bilirsiniz ki, Çinin “Bir Kəmər, Bir Yol” layihəsi ilə Azərbaycan Orta dəhlizdə aktiv rol oynayır, bu layihənin inteqrasiyası hazırda gündəmdədir. Məhz buna görə də aprel ayında prezidentin Çin səfərində Azərbaycanın Çinin birgə layihələrdə iştirakı və strateji tərəfdaşlığın dərinləşməsi ilə bağlı razılaşma imzalanıb. Bu, Hindistanı narahat edən məqamlardandır.

Amma Hindistanın bloklanması ilə paralel olaraq Pakistan da Ermənistanın üzvlüyünü bloklanıb.  Ola bilsin ki, hər ikisi arasında bir razılaşma olub ki, Hindistan Azərbaycanı bloklasın, Pakistan isə Ermənistana qarşı eyni addımı atsın. İndiki halda Azərbaycan hələ ki tərəfdaş statusuna malikdir. Təşkilata üzvlük müəyyən vaxt və mərhələlər tələb edir, qısa zamanda baş vermir. Düşünürəm ki, bunun ciddi praktiki nəticəsi olmayacaqdır".

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri