Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Məlum olduğu kimi, Hindistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) Azərbaycanın üzvlüyünü bloklayıb.
Maraqlıdır, Dehlinin bu addımı Azərbaycan-Hindistan münasibətlərindəki gərginliyi daha da artıra, münasibətləri bir qədər də kəskinləşdirə bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Azər Qasımov hesab edir ki, münasibətlərdəki mövcud gərginliyə baxmayaraq, Hindistan-Azərbaycan münasibətlərinin yaxşılaşması mümkündür: “Beynəlxalq münasibətlərdə hər hansı səbəbdən iki ölkə arasında əlaqələrin tamamilə kəsilməsi anlayışı nisbi xarakter daşıyır.
Ölkələr bir-birləri ilə müharibə vəziyyətində olsalar belə həmişə dialoq pəncərəsi açıq olur.
Azərbaycan bunu Ermənistanla qarşıdurma illərində daha çox müşahidə edib.
Tarixdə də məsələn, Sovet İttifaqı Qərblə düşmən mövqedə olsa da müxtəlif səviyyələrdə münasibətlər mövcud olub.
ŞƏT-ə üzvlük məsələsində Hindistanın Azərbaycanın təşkilata üzvlüyünə veto qoyması təbii ki, Azərbaycan tərəfindən xoş qarşılanmır.