Icma.az
close
up
RU
“Hindistanın Azərbaycanın ŞƏT ə üzvlüyünü bloklaması arzuedilməzdir, amma...”

“Hindistanın Azərbaycanın ŞƏT ə üzvlüyünü bloklaması arzuedilməzdir, amma...”

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum olduğu kimi, Hindistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) Azərbaycanın üzvlüyünü bloklayıb.

Maraqlıdır, Dehlinin bu addımı Azərbaycan-Hindistan münasibətlərindəki gərginliyi daha da artıra, münasibətləri bir qədər də kəskinləşdirə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Azər Qasımov hesab edir ki, münasibətlərdəki mövcud gərginliyə baxmayaraq, Hindistan-Azərbaycan münasibətlərinin yaxşılaşması mümkündür:

“Beynəlxalq münasibətlərdə hər hansı səbəbdən iki ölkə arasında əlaqələrin tamamilə kəsilməsi anlayışı nisbi xarakter daşıyır. Ölkələr bir-birləri ilə müharibə vəziyyətində olsalar belə həmişə dialoq pəncərəsi açıq olur. Azərbaycan bunu Ermənistanla qarşıdurma illərində daha çox müşahidə edib. Tarixdə də məsələn, Sovet İttifaqı Qərblə düşmən mövqedə olsa da müxtəlif səviyyələrdə münasibətlər mövcud olub.

ŞƏT-ə üzvlük məsələsində Hindistanın Azərbaycanın təşkilata üzvlüyünə veto qoyması təbii ki, Azərbaycan tərəfindən xoş qarşılanmır. Amma bu o demək deyildir ki, iki ölkə arasında bütün əlaqələr kəsilməlidir. Hər bir dövlətin öz maraq və tələbləri olur. Görünən odur ki, Hindistan hansısa səbəbdən bu addımı atıb. Bunu Ermənistanla da əlaqələndirmək olar, Pakistan ilə Azərbaycan münasibətləri ilə də, Hindistan Baş naziri Norendra Modinin İslam və Türk fobiyası ilə də, Hindistanın dəhliz məsələlərindəki maraqlarının uyğun gəlməməsi ilə də. Amma Azərbaycan və Hindistan arasında iqtisadi əlaqələr davam edir. Azərbaycan beynəlxalq dəhliz olan Hindistandan Avropaya gedən Şimal-Cənub dəhlizinin də aktiv iştirakçılarındandır. Zəngəzur dəhlizinin bir funksiyası da Hindistan, İran, Rusiyanın bir-biriləri ilə əlaqəsini bu marşrutla təşkil etməkdir. Bu baxımdan da Azərbaycan və Hindistanın ortaq maraqları vardır.

35 il düşmən olduğumuz Ermənistanla sülh müqaviləsinin bir addımlığında olduğumuz halda, Hindistanın da bizə dost olması üçün iş aparılmalıdır. Burda daha çox Pakistan məsələsi ortaya çıxır. Amm Azərbaycanın bir-birilərinə zidd və qarşıdurma mövqeyində olan qütblər və ölkələrlə işləmək təcrübəsi mövcuddur. Azərbaycan bunu yaxşı bacarır. Hesab edirəm ki, məqsədli iş aparılarsa Azərbaycan Pakistan və Hindistan arasında da yaxınlaşmaya nail ola bilər. Onda Hindistan da öz mövqeyini dəyişə bilər. Düşmənçilik etmək üçün vaxt hər zaman tapmaq olar. Əsas odur ki, düşməni dosta çevirə biləsən”.

Seymur ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri