Hindistanın yeni müharibə avantürası Nüfuz itir, vurnuxma artır | Icma.az
Icma.az, Oxu.az saytına istinadən bildirir. Hindistan və Pakistan arasında aktiv döyüş əməliyyatları sona çatsa da, sakitlik uzun çəkməyə bi
Çünki Hindistanın hədələyici bəyanatları səngimir. Baş nazir Narendra Modi yeni müharibədən dəm vurur və bəyan edir ki, münaqişəyə nöqtə qoy
Müharibə əhvali-ruhiyyəsində olan baş nazirin bu yanaşması isə bir növ davadan sonra əl-qol atmağa bənzəyir.
Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir: Hindistan baş nazirinin təhdidləri Narendra Modi Qərbi Benqaliya ştatında çıxışında bildirib: "Benqal torpağında 1.4 milyard hindistanlı adından bəyan edirəm ki, "Sindur" əməliyyatı hələ başa çatmayıb".
Modinin sözlərinə görə, ölkəsi terrorizmə qarşı sıfır dözümlülük siyasətini qəbul edib və əgər indi Hindistana qarşı terror hücumu həyata keçirilərsə, qarşı tərəf bunun üçün yüksək əvəz ödəməli olacaq.
Baş nazirdən geri qalmayan müdafiə naziri Racnath Sinqh isə bildirib ki, son hadisələrə reaksiyaları güclü, lakin təmkinli olub.
Xeyli sayda qırıcı təyyarəsi vurulan hindistanlı nazir vurğulayıb ki, "Sindur" əməliyyatı tarazlaşdırılmış, lakin qətiyyətli olub.
Əslində, Modi və müdafiə nazirinin son açıqlamaları bölgədə təhlükəsizlik üçün ciddi təhdiddir və onlar bu bəyanatları verməklə daxili siyasi gündəmi manipulyasiya etməyə çalışırlar.
Tam oxu
Xəbəri oxu