Icma.az
close
up
RU
Hindistanın yeni müharibə avantürası Nüfuz itir, vurnuxma artır

Hindistanın yeni müharibə avantürası Nüfuz itir, vurnuxma artır

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Hindistan və Pakistan arasında aktiv döyüş əməliyyatları sona çatsa da, sakitlik uzun çəkməyə bilər. Çünki Hindistanın hədələyici bəyanatları səngimir. Baş nazir Narendra Modi yeni müharibədən dəm vurur və bəyan edir ki, münaqişəyə nöqtə qoyulmayıb. Müharibə əhvali-ruhiyyəsində olan baş nazirin bu yanaşması isə bir növ davadan sonra əl-qol atmağa bənzəyir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Hindistan baş nazirinin təhdidləri

Narendra Modi Qərbi Benqaliya ştatında çıxışında bildirib:

"Benqal torpağında 1.4 milyard hindistanlı adından bəyan edirəm ki, "Sindur" əməliyyatı hələ başa çatmayıb".

Modinin sözlərinə görə, ölkəsi terrorizmə qarşı sıfır dözümlülük siyasətini qəbul edib və əgər indi Hindistana qarşı terror hücumu həyata keçirilərsə, qarşı tərəf bunun üçün yüksək əvəz ödəməli olacaq.

Baş nazirdən geri qalmayan müdafiə naziri Racnath Sinqh isə bildirib ki, son hadisələrə reaksiyaları güclü, lakin təmkinli olub. Xeyli sayda qırıcı təyyarəsi vurulan hindistanlı nazir vurğulayıb ki, "Sindur" əməliyyatı tarazlaşdırılmış, lakin qətiyyətli olub.

Əslində, Modi və müdafiə nazirinin son açıqlamaları bölgədə təhlükəsizlik üçün ciddi təhdiddir və onlar bu bəyanatları verməklə daxili siyasi gündəmi manipulyasiya etməyə çalışırlar. Terrora qarşı mübarizə adı altında regional gərginliyi dərinləşdirmək və hərbi əməliyyatlara legitimlik görüntüsü vermək istənilir. Bütün bu proseslər Hindistanın, əslində, terrora qarşı deyil, bölgədə güc siyasəti və hegemonluq iddialarına qarşı çıxan dövlətlərə qarşı müharibə planladığını göstərir. Halbuki terror bəhanəsi ilə qonşulara qarşı təcavüz BMT prinsiplərinə və beynəlxalq hüquqa ziddir. Görünən odur ki, Hindistan daxili siyasi problemlərini ört-basdır etmək üçün xarici düşmən obrazı yaratmağa çalışır.

İqtidar nüfuzunu itirir

Hindistan rəhbərliyi uğursuz əməliyyat ilə əhali arasında nüfuzunu itirib. Onlar yenidən etimad qazanmaq üçün seçkiöncəsi aqressiv addımlar ata bilərlər.

Xatırladaq ki, Hindistan və Pakistan arasında gərginlik apreldə başlayıb. 22 aprel tarixində "Lashkar-e-Taiba" qruplaşmasının döyüşçüləri mübahisəli Cammu və Kəşmir bölgəsində Pahalqam turizm şəhərində terror aktı törədiblər, nəticədə 25 hindistanlı və bir nepallı həlak olublar. Hindistan heç bir fakt göstərmədən terror aktında Pakistanın kəşfiyyat xidmətini (ISI) ittiham edib. Təxminən iki həftə ərzində Pakistan və Hindistan arasında söz atışması davam edib. 7 mayda Hindistan hərbi əməliyyatlara başlayıb. Pakistan buna raketlər və pilotsuz uçuş aparatları ilə cavab verib. 10 mayda Pakistan və Hindistan ABŞ-nin vasitəçiliyi ilə danışıqlara başlayıb və atəşkəsə razılaşıblar. Mayın 12-də hərbi əməliyyatlar dayandırılıb.

Hindistan Moskvadan və Qərbdən dəstək umur

Baş verənlər fonunda Yeni Delhi beynəlxalq reaksiyadan narazıdır və böyük oyunçuların dəstəyini qazanmaq istəyir. Bu məqsədlə Moskvaya ölkənin bütün partiyalarını təmsil edən Hindistan deputatlarının qrupu gəlib. Onlar orada iddia ediblər ki, Pakistana zərbələr ədalətli olub. Deputatlar deyiblər ki, Rusiyanın və digər mühüm ölkələrin Hindistanı dəstəkləməsini istəyirlər. Maraqlıdır ki, hindistanlı deputatlar Rusiyadan Avropaya yollanıblar.

Yeni Delhinin narahatlıq üçün çox səbəbi var. Belə ki, Avropa ölkələri münaqişə zamanı bərabərməsafəli mövqe tutublar. Donald Tramp isə Hindistan və Pakistan arasında hərbi əməliyyatları, yəni Hindistanın "Sindur" əməliyyatını rüsvayçılıq adlandırıb. Buna görə də Hindistan Rusiya ilə hərbi sövdələşməni davam etdirməyə qərar verib və "S-400" "Triumf" ZRK-nın yeni partiyasının alınmasını müzakirə edir.

Bəziləri hesab edirlər ki, qısa müddətdə gərginliyin azaldılması üçün beynəlxalq vasitəçilər (xüsusən ABŞ) işə qoşula bilərlər. Ancaq münasibətlərin tam normallaşması çətin görünür. Orta müddətdə gərginliyin azaldılması üçün su təhlükəsizliyi məsələsi yeni bir münaqişə cəbhəsi ola bilər. Hindistanın "Hind Suları Müqaviləsi"ni dondurması regionda humanitar böhran yaradarsa, vəziyyət daha da kəskinləşəcək. Ən təhlükəli ssenari isə səhv hesablamalar nəticəsində nüvə eskalasiyasıdır.

Pakistan mövqelərini möhkəmləndirir

Pakistan da mövqelərini möhkəmləndirməyə çalışır. İslamabad Ankara ilə əlaqələrini gücləndirir. Baş nazir Məhəmməd Şahbaz Şərif İran, Türkiyə və Azərbaycana səfərlər edib, onlara dəstəklərinə görə təşəkkürünü bildirib. Türkiyə və Pakistan enerji, hərbi-sənaye kompleksində əməkdaşlığı artırmaq, Azərbaycanla birlikdə Orta Dəhlizi inkişaf etdirmək barədə razılıq əldə ediblər. Bu planlar Pakistanın ənənəvi müttəfiqi olan Çini də qane edir.

Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) Hava Müstəqil Hərəkət (AIP) texnologiyası sahəsində Hindistanı qabaqlayaraq, böyük addım atıb. 2030-cu illərdə istifadəyə veriləcək "Hangor" sinfinə məxsus sualtı qayıqlar Pakistanın sualtı qayıq parkını gücləndirəcək. Pakistan HDQ son illərdə AIP texnologiyasını mənimsəmək məsələsində Hindistanı geridə qoyub. Hindistan "P-75" "Scorpene" layihəsi çərçivəsində altıncı və sonuncu sualtı qayığını parkına qatsa da, texnologiya baxımından Pakistandan geri qalır. Hindistan HDQ-nin müasir texnologiya ilə təchiz edilmiş heç bir sualtı qayığı yoxdur. Halbuki Pakistan artıq öz HDQ-sinə Fransa istehsalı olan üç ədəd "Agosta-90B" sinfinə məxsus sualtı qayığı daxil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 İyun 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see301

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see197

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see184

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see183

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see178

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see161

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see127

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see127

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see119

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see119

Covid keçirmiş insanlarda qan laxtalanır Həkimdən xəbərdarlıq

05 Dekabr 2025 09:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri