Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avstraliyanın Melburn şəhərində yerləşən Peter Doherty Yoluxucu Xəstəliklər və İmmunitet İnstitutunun alimləri İnsanın İmmunçatışmazlığı Virusunun (Human Immunodeficiency Virus - HİV) insan orqanizmindən tamamilə yox edilməsi istiqamətində ümidverici bir addım atıblar.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, tədqiqatçılar indiyədək həm immun sistemindən, həm də dərmanlardan gizlənə bilən HİV virusunun ağ qan hüceyrələri (leukositlər) içərisində görünən hala gətirilməsini mümkün edən yeni bir üsul hazırlayıblar.
Bu araşdırma əsasən, "COVID-19" peyvəndləri ilə məşhurlaşan "mRNA" texnologiyasına əsaslanır.
Alimlər xüsusi şəkildə hazırlanmış yağ kapsullarına (lipid nanop hissəciklər) yerləşdirilmiş "mRNA"nı HİV-in gizləndiyi ağ qan hüceyrələrinə çatdırmağı bacarıblar.
Bu "mRNA" hüceyrələrə virusu üzə çıxarmaq üçün siqnal göndərir.
"Nature Communications" jurnalında dərc olunan araşdırmada "LNP X" adlanan yeni nəsil nanop hissəcik dizaynının həmin hüceyrələr tərəfindən qəbul edildiyi sübut olunub.
Əvvəlki nəsil nanop hissəciklər bu hüceyrələr tərəfindən qəbul edilmirdi və virusun burada gizlənməsi müalicəyə mane olurdu.