Icma.az
close
up
RU
HİV müalicəsində tarixi addım: Virus hüceyrə daxilində görünən hala gətirildi

HİV müalicəsində tarixi addım: Virus hüceyrə daxilində görünən hala gətirildi

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avstraliyanın Melburn şəhərində yerləşən Peter Doherty Yoluxucu Xəstəliklər və İmmunitet İnstitutunun alimləri İnsanın İmmunçatışmazlığı Virusunun (Human Immunodeficiency Virus - HİV) insan orqanizmindən tamamilə yox edilməsi istiqamətində ümidverici bir addım atıblar.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, tədqiqatçılar indiyədək həm immun sistemindən, həm də dərmanlardan gizlənə bilən HİV virusunun ağ qan hüceyrələri (leukositlər) içərisində görünən hala gətirilməsini mümkün edən yeni bir üsul hazırlayıblar.

Bu araşdırma əsasən, "COVID-19" peyvəndləri ilə məşhurlaşan "mRNA" texnologiyasına əsaslanır. Alimlər xüsusi şəkildə hazırlanmış yağ kapsullarına (lipid nanop hissəciklər) yerləşdirilmiş "mRNA"nı HİV-in gizləndiyi ağ qan hüceyrələrinə çatdırmağı bacarıblar. Bu "mRNA" hüceyrələrə virusu üzə çıxarmaq üçün siqnal göndərir.

"Nature Communications" jurnalında dərc olunan araşdırmada "LNP X" adlanan yeni nəsil nanop hissəcik dizaynının həmin hüceyrələr tərəfindən qəbul edildiyi sübut olunub. Əvvəlki nəsil nanop hissəciklər bu hüceyrələr tərəfindən qəbul edilmirdi və virusun burada gizlənməsi müalicəyə mane olurdu.

Araşdırmanın həmmüəllifi Dr. Paula Kevaal: "Bu hüceyrələrə "mRNA" çatdırmaq əvvəllər qeyri-mümkün sayılırdı. Amma indi əldə etdiyimiz nəticələr hamımızı heyrətə saldı",- deyə bildirib.

Bu kəşf, HİV-in bədəndə "yatmış" vəziyyətdə qaldığı rezervuardan çıxarıla biləcəyini sübut edir. Lakin növbəti kritik sual hələ cavabsızdır: Virus üzə çıxarıldıqdan sonra immun sistemi və ya əlavə müalicələrlə tamamilə məhv edilə biləcəkmi?

Tədqiqat, laboratoriya şəraitində HİV-pozitiv şəxslərdən götürülmüş hüceyrələr üzərində aparılıb. Gerçək xəstələr üzərində sınanması üçün öncə heyvan təcrübələri, sonra isə təhlükəsizlik və effektivlik sınaqları aparılmalıdır. Bu prosesin illərlə çəkə biləcəyi bildirilir.

Tədqiqatın əsas müəlliflərindən Dr. Mixael Roçe bu texnologiyanın təkcə HİV deyil, həm də xərçəng kimi digər xəstəliklərin müalicəsində də istifadə oluna biləcəyini deyib.

Francis Krick İnstitutundan retrovirus mütəxəssisi Dr. Jonathan Stoye isə bu üsulun HİV-in gizləndiyi yerlərdən çıxarılması baxımından “indiyədək ən böyük irəliləyiş” olduğunu bildirib.

Bununla belə, Stoye: “Bu virusu məhv etmək üçün rezervuar tamamilə yox edilməlidir, ya da əhəmiyyətli bir hissəsinin məhv edilməsi kifayət edəcəkmi – bunu zaman göstərəcək”, - deyə xəbərdarlıq edib.

Digər tərəfdən, Oksford Universitetinin Jenner İnstitutundan professor Tomas Hanke bu nailiyyətin əhəmiyyətini qəbul etsə də, “bədəndəki bütün HİV rezervuarlarına çatmağın hələ ki sadəcə bir xəyal olduğunu” vurğulayıb.

Dünya üzrə təxminən 40 milyon insan HİV ilə yaşayır və onların əksəriyyəti virusu nəzarətdə saxlamaq üçün ömürlük dərman istifadə etməlidir.

HİV hələ də hər il milyonlarla insanın ölümünə səbəb olur. 2023-cü ildə hər dəqiqə bir nəfər HİV səbəbilə həyatını itirib. Bu yeni araşdırma, xəstəliyin qalıcı müalicəsinə doğru atılmış indiyə qədərki ən əhəmiyyətli elmi addımlardan biri kimi qiymətləndirilir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 İyun 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri