Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Belə görünür ki, Kreml hələlik Ukrayna kəşfiyyatının keçirdiyi “Hörümçək toru” əməliyyatının şokundan ayıla bilməyib.
Əksər ekspertlər strateji aviasiya aerodromlarına edilən hücuma görə mütləq kimlərinsə cəzalandırılacağını güman edirlər.
Lakin onu da qeyd edirlər ki, cəza tədbirləri bu cür obyektlərin təhlükəsizliyinə görə cavabdeh olan Müdafiə Nazirliyi, yaxud FSB-nin ən yüksək rütbəli təmsilçilərinə qədər gedib çatmayacaq.
Hansı ki, təhlükəsizlik sisteminin bu dərəcədə hazırlıqsız, çürümüş vəziyyətinə görə həm şəxsən Müdafiə naziri, həm də FSB başçısı günahkardır.
Normalda bu şəxslər belə biabırçı uğursuzluqdan sonra dərhal istefa verməli idilər.
Əsas günahkar isə təbii ki, bu sistemin başında duran və bu qanlı müharibəni başlayan Vladimir Putinin özüdür...Bu arada Kreml təbliğatçıları bir tərəfdən hücumun əhəmiyyətini azaltmağa çalışır, digər tərəfdən isə isterik şəkildə günahkarların tapılmasını və cəzalandırılmasını tələb edirlər.
Lakin təbii ki, bu zaman Müdafiə naziri və FSB başçısı səviyyəsinə qədər qalxa bilmirlər.