Icma.az
close
up
RU
“HÖRÜMÇƏK TORU”na GÖRƏ KİMLƏRİN “KƏLLƏSİ” GEDƏCƏK? Solovyov onun güllələnməsini tələb edir + VİDEO

“HÖRÜMÇƏK TORU”na GÖRƏ KİMLƏRİN “KƏLLƏSİ” GEDƏCƏK? Solovyov onun güllələnməsini tələb edir + VİDEO

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Belə görünür ki, Kreml hələlik Ukrayna kəşfiyyatının keçirdiyi “Hörümçək toru” əməliyyatının şokundan ayıla bilməyib. Əksər ekspertlər strateji aviasiya aerodromlarına edilən hücuma görə mütləq kimlərinsə cəzalandırılacağını güman edirlər. Lakin onu da qeyd edirlər ki, cəza tədbirləri bu cür obyektlərin təhlükəsizliyinə görə cavabdeh olan Müdafiə Nazirliyi, yaxud FSB-nin ən yüksək rütbəli təmsilçilərinə qədər gedib çatmayacaq. Hansı ki, təhlükəsizlik sisteminin bu dərəcədə hazırlıqsız, çürümüş vəziyyətinə görə həm şəxsən Müdafiə naziri, həm də FSB başçısı günahkardır. Normalda bu şəxslər belə biabırçı uğursuzluqdan sonra dərhal istefa verməli idilər. Əsas günahkar isə təbii ki, bu sistemin başında duran və bu qanlı müharibəni başlayan Vladimir Putinin özüdür...

Bu arada Kreml təbliğatçıları bir tərəfdən hücumun əhəmiyyətini azaltmağa çalışır, digər tərəfdən isə isterik şəkildə günahkarların tapılmasını və cəzalandırılmasını tələb edirlər. Lakin təbii ki, bu zaman Müdafiə naziri və FSB başçısı səviyyəsinə qədər qalxa bilmirlər.

Məsələn, Kreml təbliğatının ən çirkin simalarından olan Vladimir Solovyov öz proqramında qeyd edib ki, Müdafiə naziri Andrey Belousov ötən il hərbi aerodromların təhlükəsizliyinin gücləndirilməsi barədə rəsmi göstəriş verib. Solovyov deyib ki, bu əmri icra etməyənlər cəzalandırılmalıdır. Lakin bu zaman konkret rütbələr və adlar çəkməkdən çəkinib.

Əvəzində, təyyarələrin yanmasını öz telefonunda qeydə alan və paylaşan sıravi çağırışçı rus əsgərin güllələnməsini tələb edib: "Onu, bu çağırışçını güllələyə bilərikmi? Biz bu əclafı cərgə önünə çıxarıb vətən xaini kimi güllələməliyik".

Qeyd edək ki, aerodromda xidmət keçən həmin əsgər sadəcə, təyyarələrin necə yandığını kənardan çəkib və paylaşıb. Özü də bu cür çəkilişlər Ukrayna kəşfiyyatının dronları tərəfindən də aparılıb. Solovyov isə Rusiya ordusunu və dövlətini bu günə qoyan şəxsləri yox, 18 yaşlı günahsız əsgəri güllələməyi tələb edir.


Solovyovun bu sözləri hətta millətçi və müharibə tərəfdarı olan Rusiya “Z icması” tərəfindən də hiddətlə qarşılanıb. Məsələn, populyar "Romanov Light" Telegram kanalı Solovyovu “qorxaq” adlandırıb və onun “cəzasızlıqdan başını itirdiyini” yazıb.

Tanınmış “Z bloqer” Roman Alyoxin də Solovyovun bəyanatını kəskin tənqid edərək, onun Müdafiə Nazirliyi rəhbərliyini yox, 18 yaşlı günahsız əsgəri hədəf almaqda ittiham edib.

Onu da qeyd edək ki, çağırışçının güllələnməsini tələb edən Solovyovun özünün övladlarından heç biri nə hərbi xidmət keçiblər, nə də müharibədə iştirak ediblər. Onun bir oğlununsa Londonda yaşadığı və bizneslə məşğul olduğu, eləcə də cinsi mənsubiyyətilə bağlı “probleminin” olduğu deyilir.

C.Məmmədli

“AzPolitika.info”  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 İyun 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri