Huanq hər gün 90 dəqiqəlik psixoterapiya seansları alır: “Dəhşətli səhvlər etdim”

25.11.2026

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


“Nvidia” şirkətinin baş direktoru Censen Huanq nikahdankənar münasibətləri ilə bağlı qalmaqaldan sonra vəzifəsinə qayıdarkən yol verdiyi səhvlərə görə şirkət əməkdaşlarından üzr istəyib.
Yeniavaz.com
“The New York Times”a (NYT) istinadən xəbər verir ki, Huanq şirkət işçilərinin iştirakı ilə keçirilən ümumi iclasda səhvlərinin ciddiliyini etiraf edib.
“Dəhşətli səhvlər etdim. Loriyə (həyat yoldaşı – red.) xəyanət etdim, uşaqlarıma və əlbəttə ki, hamınıza zərər verdim”, – deyə o bildirib.
Huanq vəzifəsinə qayıtdıqdan sonrakı gün keçirilən iclasda hər gün 90 dəqiqəlik psixoterapiya seansları aldığını da açıqlayıb.
O, şirkətin davranış qaydalarının pozulmasını qəbuledilməz adlandırıb. Qeyd edək ki, həmin qaydaların bəzi müddəalarının hazırlanmasında Huanqın özü də iştirak edib.
“Nvidia” rəhbəri direktorlar şurasının onu yenidən vəzifəsinə qaytarmaq qərarının digər əməkdaşlara şirkətin daxili qaydalarını pozmaq hüququ vermədiyini xüsusi vurğulayıb.
Huanq, həmçinin ABŞ Prezidenti Donald Trampın təzyiqi nəticəsində direktorlar şurasının onu vəzifəsinə bərpa etməsi barədə yayılan məlumatları təkzib edib.
O, bu iddiaları yalan adlandıraraq bildirib ki, şirkət rəhbərliyi baş verənləri hərtərəfli qiymətləndirib, zəruri məlumatları toplayıb və Tramp administrasiyasından onun milli təhlükəsizlik üçün təhdid yaratmadığına dair təminat alıb.
Qeyd edək ki, “Nvidia”nın səhmləri 24 noyabr tarixində 155,38 dollara satılıb ki, bu da əvvəlki ticarət sessiyasından bəri 9,67 dollar və ya 5,86 faiz azalma deməkdir. Son dörd həftə ərzində “Nvidia” 28,06 faiz dəyər itirib. Son 12 ay ərzində onun qiyməti 12,62 faiz düşüb.
Məlumat üçün onu da bildirək ki, 2026-cı ilin iyununun sonunda Azərbaycan Dövlət Neft Fondunun kotirovka olunan səhm investisiyalarının strukturunda “Nvidia” 817 milyon dollarla birinci yerdə olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью