Huanq hər gün 90 dəqiqəlik psixoterapiya seansları alır: “Dəhşətli səhvlər etdim”
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Nvidia” şirkətinin baş direktoru Censen Huanq nikahdankənar münasibətləri ilə bağlı qalmaqaldan sonra vəzifəsinə qayıdarkən yol verdiyi səhvlərə görə şirkət əməkdaşlarından üzr istəyib.
Yeniavaz.com “The New York Times”a (NYT) istinadən xəbər verir ki, Huanq şirkət işçilərinin iştirakı ilə keçirilən ümumi iclasda səhvlərinin ciddiliyini etiraf edib.
“Dəhşətli səhvlər etdim. Loriyə (həyat yoldaşı – red.) xəyanət etdim, uşaqlarıma və əlbəttə ki, hamınıza zərər verdim”, – deyə o bildirib.
Huanq vəzifəsinə qayıtdıqdan sonrakı gün keçirilən iclasda hər gün 90 dəqiqəlik psixoterapiya seansları aldığını da açıqlayıb.
O, şirkətin davranış qaydalarının pozulmasını qəbuledilməz adlandırıb. Qeyd edək ki, həmin qaydaların bəzi müddəalarının hazırlanmasında Huanqın özü də iştirak edib.
“Nvidia” rəhbəri direktorlar şurasının onu yenidən vəzifəsinə qaytarmaq qərarının digər əməkdaşlara şirkətin daxili qaydalarını pozmaq hüququ vermədiyini xüsusi vurğulayıb.
Huanq, həmçinin ABŞ Prezidenti Donald Trampın təzyiqi nəticəsində direktorlar şurasının onu vəzifəsinə bərpa etməsi barədə yayılan məlumatları təkzib edib.
O, bu iddiaları yalan adlandıraraq bildirib ki, şirkət rəhbərliyi baş verənləri hərtərəfli qiymətləndirib, zəruri məlumatları toplayıb və Tramp administrasiyasından onun milli təhlükəsizlik üçün təhdid yaratmadığına dair təminat alıb.
Qeyd edək ki, “Nvidia”nın səhmləri 24 noyabr tarixində 155,38 dollara satılıb ki, bu da əvvəlki ticarət sessiyasından bəri 9,67 dollar və ya 5,86 faiz azalma deməkdir. Son dörd həftə ərzində “Nvidia” 28,06 faiz dəyər itirib. Son 12 ay ərzində onun qiyməti 12,62 faiz düşüb.
Məlumat üçün onu da bildirək ki, 2026-cı ilin iyununun sonunda Azərbaycan Dövlət Neft Fondunun kotirovka olunan səhm investisiyalarının strukturunda “Nvidia” 817 milyon dollarla birinci yerdə olub.
Bu mövzuda digər xəbərlər:İnstaqrama 90 dəqiqəlik video yerləşdirə biləcəksiniz
27 Oktyabr 2026 15:32
Lukaşenko kartofa dəhşətli sevgisindən danışdı: Dünən günah etdim, yedim
12 Sentyabr 2025 15:28
Parisdə dəhşətli gün... Video
04 Oktyabr 2026 20:31
Yensen Huanq vəzifəsinə geri qayıdıb
23 Noyabr 2026 18:13
Bosniyada insan ovu: İtaliyada 90 cı illərdəki dəhşətli oyun u araşdırır
13 Noyabr 2025 17:41
Baxış sayı:73
Bu xəbər 25 Noyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















