News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Əvvəla, səhhətimlə maraqlananlar üçün bildirim ki, özümü yaxşı hiss edirəm, xəstəxanada deyiləm.
Bəli, qəflətən 4-5 nəfərin qaranlıqda mənə hücumu sayəsində xəsarət almışam və başıma tikiş qoyulub".News24.az xəbər verir ki, bunu Prosport.az-a DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalov bildirib.O, yanvarın 4-də özünə qarşı edilən hücumun təfərrüatından danışıb: "Mətbuatda səhvən bu hadisənin saat 3 radələrində olduğu bildirilir.
Ancaq belə deyil. Çünki bu saatlarda Bakıda heç bir restoran işləmir.
Təxminən saat 1 olardı, Xətai Rayon Prokurorluğunun yanındakı "Yaban" restoranından çıxıb, öz maşınıma tərəf gedirdim.
Birdən mənə 4-5 nəfər hücum etdi. Mümkün olduğu qədər özümü müdafiə etməyə çalışdım.
Hadisə o qədər tez baş verdi ki, onların bəzilərinin üzünü görə bilmədim. Ancaq hadisə kameraya düşüb.
Onlardan 3-nün sifəti kamerada göründüyündən, həmin şəxslər hazırda polislərimiz tərəfindən şöbədə saxlanılır".Fuad Zeynalov onu da bildirib ki, hadisənin sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovdur: "Bu adamla uzun müddət aramızda soyuq münasibətlər olub.