Icma.az
close
up
RU
Hücuma məruz qalan DSX mayoru danışdı: 2 dəfə öz bandası ilə evimə hücum çəkib

Hücuma məruz qalan DSX mayoru danışdı: 2 dəfə öz bandası ilə evimə hücum çəkib

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Əvvəla, səhhətimlə maraqlananlar üçün bildirim ki, özümü yaxşı hiss edirəm, xəstəxanada deyiləm. Bəli, qəflətən 4-5 nəfərin qaranlıqda mənə hücumu sayəsində xəsarət almışam və başıma tikiş qoyulub".

News24.az xəbər verir ki, bunu Prosport.az-a DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalov bildirib.

O, yanvarın 4-də özünə qarşı edilən hücumun təfərrüatından danışıb: "Mətbuatda səhvən bu hadisənin saat 3 radələrində olduğu bildirilir. Ancaq belə deyil. Çünki bu saatlarda Bakıda heç bir restoran işləmir. Təxminən saat 1 olardı, Xətai Rayon Prokurorluğunun yanındakı "Yaban" restoranından çıxıb, öz maşınıma tərəf gedirdim. Birdən mənə 4-5 nəfər hücum etdi. Mümkün olduğu qədər özümü müdafiə etməyə çalışdım. Hadisə o qədər tez baş verdi ki, onların bəzilərinin üzünü görə bilmədim. Ancaq hadisə kameraya düşüb. Onlardan 3-nün sifəti kamerada göründüyündən, həmin şəxslər hazırda polislərimiz tərəfindən şöbədə saxlanılır".

Fuad Zeynalov onu da bildirib ki, hadisənin sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovdur: "Bu adamla uzun müddət aramızda soyuq münasibətlər olub. Vitse-prezident təyin edildikdən sonra adam daha da dəyişib. Sonuncu dəfə aramızda gərginlik noyabrda Yunanıstanın paytaxtı Afinada keçirilmiş Avropa çempionatından sonra baş verib. Bakıya qayıtdıqdan sonra həmin ay 2 dəfə Ramal Aslanov öz bandası ilə mənim evimə hücum çəkib. Orada Məhəmməd İmanov, Emil Hümbətov, Elnur Həmidov və başqaları olub. Daha sonra federasiyanın rəhbərliyi vasitəçiliyi ilə aramızda daha münaqişə olmayacağına aid söz vermişik. Ancaq göründüyü kimi, sözünün üstündə durmayanlar oldu. Ramal Aslanov hazırda Xətai Rayon Polis İdarəsində 48 saatlıq həbs edilib".

Qeyd edək ki, məsələ ilə bağlı Fuad Zeynalova hücumun sifarişçisi qismində Ramal Aslanov, hadisəni törətməkdə şübhəlilər – Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıb.     

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Yanvar 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri