Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransa özünün anti-Azərbaycan ritorikasında bütün məqbul sərhədləri aşır.
Bu ölkənin Avropa məsələləri və xarici işlər naziri Jan-Noel Barronun Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin aprel toplantısında qırızlı çıxışı bunun daha bir əyani nümunəsidir.
Bu fikirləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Türkiyənin Azərbaycanda sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç ifadə edib.
Onun sözlərinə görə, suveren Azərbaycanın daxili işlərinə qarışmaq, qanunun aliliyi reallığını təhrif etmək cəhdləri yolverilməzdir və bu, həm beynəlxalq hüquq normalarına, həm də dövlətlərarası münasibətlərin prinsiplərinə ziddir.
“Parisin erməni separatçılarını və terrorçularını dünya ictimaiyyətinin gözündə təmizə çıxarmaq istəyi bu ölkənin ikiüzlülüyünü nümayiş etdirir.
Cinayətdə şübhəli bilinən şəxslərin mühakimə olunması hər bir ölkənin təbii hüququdur”, -deyə agentliyin müsahibi qeyd edib.
O, Fransanın mövqeyinin İrəvanla Bakı arasında uzunmüddətli sülh əldə etmək səylərinə zərər vurduğunu vurğulayıb.