Icma.az
close
up
RU
Hulusi Kılıç: Fransa Cənubi Qafqazda mümkün sülhə mane olmaq kursundan əl çəkməlidir

Hulusi Kılıç: Fransa Cənubi Qafqazda mümkün sülhə mane olmaq kursundan əl çəkməlidir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa özünün anti-Azərbaycan ritorikasında bütün məqbul sərhədləri aşır. Bu ölkənin Avropa məsələləri və xarici işlər naziri Jan-Noel Barronun Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin aprel toplantısında qırızlı çıxışı bunun daha bir əyani nümunəsidir.

Bu fikirləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Türkiyənin Azərbaycanda sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç ifadə edib.

Onun sözlərinə görə, suveren Azərbaycanın daxili işlərinə qarışmaq, qanunun aliliyi reallığını təhrif etmək cəhdləri yolverilməzdir və bu, həm beynəlxalq hüquq normalarına, həm də dövlətlərarası münasibətlərin prinsiplərinə ziddir.

“Parisin erməni separatçılarını və terrorçularını dünya ictimaiyyətinin gözündə təmizə çıxarmaq istəyi bu ölkənin ikiüzlülüyünü nümayiş etdirir. Cinayətdə şübhəli bilinən şəxslərin mühakimə olunması hər bir ölkənin təbii hüququdur”, -deyə agentliyin müsahibi qeyd edib.

O, Fransanın mövqeyinin İrəvanla Bakı arasında uzunmüddətli sülh əldə etmək səylərinə zərər vurduğunu vurğulayıb. “Bu ölkənin ikiüzlü davranışı hətta ATƏT-in Minsk qrupunun həmsədrliyi zamanı, həmçinin 44 günlük Vətən müharibəsi dövründə də açıq şəkildə nümayiş etdirilib”, - deyən Kılıç xatırladıb ki, Fransanın Ermənistana davamlı silah tədarükü Parisin destruktiv kursunun dəyişməz olduğunu göstərir.

Fransanın Cənubi Qafqazdakı hədəflərinə toxunan “İMZA”nın Türkiyədəki nümayəndəsi bildirib ki, Paris Afrika ölkələrində nüfuzun itirməsi fonunda gərginliyi artırmaq üçün yeni region axtarır.

Sabiq səfir əmin olduğunu bildirib ki, Cənubi Qafqazda silahlanma yarışı pulu öz əhalisinin rifahının yaxşılaşdırılmasına və iqtisadi problemlərin həllinə deyil, silaha xərcləyən Ermənistan üçün “sonun başlanğıcı” olacaq. O əlavə edib: “Ermənistan sakinləri aydın başa düşməlidir ki, revanşizm və yeni müharibəyə başlamaq planları son nəticədə ölkəni məhv edəcək. Bu ölkə Azərbaycanın gücünə tab gətirə bilməz”.

Kılıç Bakı ilə İrəvan arasında birbaşa dialoq kanallarının olduğunu vurğulayıb. O deyib: “Bu günlərdə Antalyada Azərbaycan və Ermənistanın xarici siyasət idarələrinin rəhbərlərinin görüşü baş tutdu. Bütün bunlar onu deməyə əsas verir ki, bu regionda Parisə heç bir ehtiyac yoxdur və onun hərəkətləri, ilk növbədə, Ermənistanın maraqlarına və regionda sülhə zərbə vurur. Fransanın vasitəçiliyinə və sülh prosesində iştirakına artıq heç kimin ehtiyacı yoxdur”, - deyə sabiq səfir bildirib.

Bakının İrəvanla mümkün qədər tez uzunmüddətli sülh əldə etməkdə maraqlı olduğunu qeyd edən agentliyin həmsöhbəti əlavə edib ki, bu nəticəyə aparan yol Ermənistanın mövcud konstitusiyasını dəyişdirməsi və ATƏT-in Minsk qrupunun ləğvindən keçir. O, Fransanı Azərbaycanla müsbət münasibətlər qurmağa çağırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see192

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see186

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see158

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see154

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see129

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see127

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see125

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see125

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri