Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Türkiyənin Azərbaycandakı sabiq səfiri Hülusi Kılıç Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı açıqlama verib.
Gununsesi.info xəbər verir ki, bu barədə o soial şəbəkə hesabında paylaşım edib.
O, Azərbaycan və Prezident İlham Əliyevə qarşı səsləndirilən tənqidləri sərt şəkildə qınayaraq, iki qardaş ölkə arasında soyuqluq yaratmağa yönələn addımların yolverilməz olduğunu bildirib:
“KİMƏ XİDMƏT EDİRSİNİZ?
Can Azərbaycanın və Prezident İlham Əliyevin ünvanına yönələn məsuliyyətsiz, haqsız və düşünülməmiş hücumları şiddətlə qınayıram.
İki dövlət arasında soyuqluq yaratmaq kimə xidmət edir? Əvvəlcə bunu unutmayın: Azərbaycan müstəqil və suveren dövlətdir. Azərbaycanın daxili işlərinə və xarici siyasətinə müdaxilə etmək heç kimin nə haqqıdır, nə də həddi.
Biz bir ailəyik. Azərbaycana qarşı hücum ailəyə qarşı hücumdur.
Xahiş edirəm, yazdıqlarımı diqqətlə oxuyun:
Azərbaycan Türkiyədə həyata keçirdiyi meqa layihələr və yatırımlarla milyonlarla Türkiyə vətəndaşının məşğulluğuna töhfə verir. Türkiyədə yanğın və ya təbii fəlakət baş verdikdə ilk gələn və son gedən ölkələrdən biri Azərbaycan olub. 6 fevral zəlzələlərindən dərhal sonra da Türkiyəyə ilk gələn, son gedən və ən çox yardım göstərən ölkələrdən biri Azərbaycan olub. Azərbaycan Kahramanmaraşda yüzlərlə yaşayış və iş obyektinin tikintisini həyata keçirib. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) inkişafı və güclənməsi üçün xüsusi səylər göstərib. 3 oktyabr 2009-cu ildə keçirilən Naxçıvan Zirvə görüşünə ev sahibliyi edən Azərbaycan Türk Şurasının yaradılmasında mühüm rol oynayıb. Həmin dövrdə Azərbaycanın Bakıdakı səfiri olduğum üçün Prezident İlham Əliyevin bu istiqamətdə xidmət və səylərini şəxsən müşahidə etmişəm. Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) tanınması istiqamətində də səylər göstərib. ŞKTC-nin sabiq Prezidenti Ersin Tatar Azərbaycanı ziyarət edərkən dövlət protokoluna uyğun şəkildə qarşılanıb və yüksək səviyyədə qəbul edilib. Prezident İlham Əliyev TDT çərçivəsində ŞKTC-nin müşahidəçi statusunda qəbul olunması üçün də böyük səy göstərib. Prezident İlham Əliyev Azərbaycan və ŞKTC parlamentləri arasında dostluq qrupunun yaradılması barədə göstəriş verib. 2025-ci ildə parlamentlərarası dostluq qrupu fəaliyyətə başlayıb.Sizə sual verirəm: ŞKTC-yə bu qədər yaxın və qardaş münasibət göstərən başqa bir ölkə varmı?
Bundan əlavə, Prezident İlham Əliyevin ötən il Ada Universitetində keçirilən və mənim də iştirak etdiyim beynəlxalq konfransda verdiyi açıqlamaya görə, 2024-cü ildə Türkiyə-İsrail münasibətlərinin gərgin olduğu bir dövrdə münasibətlərin yumşaldılması istiqamətində də mühüm rol oynayıb. Belə ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkdakı Türk Evində görüşməsində Azərbaycanın vasitəçilik səylərinin rolu olub.
Azərbaycan-İsrail münasibətləri siyasi və strateji əməkdaşlığa əsaslanır.
İkinci Qarabağ müharibəsi zamanı İsrail Azərbaycanın ən müasir silah sistemləri ilə təmin olunmasında mühüm rol oynayıb. Ermənistanın tələblərinə baxmayaraq, bu silahların Ermənistana verilmədiyi də qeyd olunur.
Qarabağ müharibəsi zamanı Azərbaycan ABŞ-dakı erməni lobbisinin təzyiqləri ilə mübarizə aparıb. İsrail də Avropa və ABŞ-da Azərbaycanı dəstəkləyən ölkələrdən biri olub.
İndi isə Azərbaycan-Fələstin münasibətlərinə nəzər salaq:
Azərbaycan 1992-ci ildə Fələstin dövlətini tanıyıb. 2011-ci ildə Fələstin Prezidenti Mahmud Abbasın iştirakı ilə Bakıda Fələstin səfirliyi açılıb. Səfirliyin xərclərinin Azərbaycan hökuməti tərəfindən qarşılandığı bildirilir. Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. 2023-cü ildə Ramallahda Azərbaycanın nümayəndəliyi açılıb. Azərbaycan Qəzzada baş verən hadisələrə səssiz qalmayıb və BMT-də keçirilən səsvermələrdə Fələstinin lehinə səs verib. Azərbaycan Qəzzaya humanitar yardım göstərib, həmçinin 14 Qəzzalı tələbənin təhsil alması üçün onları Azərbaycana gətirib.Hər kəsin bilməsini istərdim ki, Azərbaycanın torpaqlarının işğal altında olduğu 30 illik dövrdə Fələstin dövlətinin Ermənistanı dəstəklədiyi dəfələrlə vurğulanıb.
ÇAĞIRIŞHər kəs ağlını başına toplasın və öz məsuliyyətini dərk etsin. Ağaca baxarkən meşəni görməməzliyə vurmaq olmaz.
Heç kim bizi sevməyənlərin dəyirmanına su aparmasın.
Müstəqil və suveren Can Azərbaycanın daxili işlərinə, eləcə də digər dövlətlərlə həyata keçirdiyi münasibətlərə müdaxilə etmək heç kimin nə haqqıdır, nə də həddi.
Azərbaycan və Türkiyə bir ailədir. Bu münasibətlərin arasına nifaq salmağa yönələn hər bir addım iki qardaş ölkənin münasibətlərinə zərər vurur”.
Şəbnəm